"Nar" Çağrı Mərkəzinə zəng etmiş abunəçilərin 88%-i xidmət səviyyəsini yüksək qiymətləndirib

dogruxeber.tv: - Müştəriyönümlü strategiyasına sadiq qalan "Nar" ötən il ərzində müxtəlif kanallar üzərindən abunəçilərinə üstün müştəri xidmətləri göstərib. 2021-ci ildə 777 Çağrı Mərkəzinə 2,3 milyondan çox sorğu daxil olub və orta hesabla, 5 saniyə ərzində abunəçilərə cavab verilib. Abunəçi sorğularının ilk zəngdən həllini tapması üzrə “Nar” Çağrı Mərkəzi 94%-lik çox yüksək göstəriciyə nail olub. Çağrı Mərkəzinə zəng etmiş abunəçilərin 88%-i göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib.

Müştəri məmnuniyyətininin artırılması məqsədi ilə mobil operator bütün ölkə boyu eksklüziv diler və xidmət mərkəzlərini yeni konseptdə təqdim etməkdədir. Mobil operator artıq 26 mağazasını tamamilə yeni konseptə uyğunlaşdırmaqla, ziyarətçilərin müasir üslubda məlumat və xidmət almasını təmin edir. Şəxsin birbaşa iştirakının tələb olunduğu əməliyyatlar üçün yenilənmiş xidmət mərkəzlərində ötən il 150 mindən çox abunəçiyə xidmət göstərilib.

Müştəri xidmətlərini daha da əlverişli etmək üçün, Nar, ənənəvi müştəri xidməti vasitələrilə yanaşı, abunəçilərinə rəqəmsal platformalar üzərindən göstərilən müştəri xidmətlərini də təkmilləşdirir. Yeniləmələr sayəsində hesab üzərində əməliyyatları daha da asanlaşdıran “Nar+” tətbiqinə ziyarət sayı ötən illə müqayisədə 75% artıb. Qeyd edək ki, sosial mediada da aktiv olan mobil operator, rəsmi “Facebook”, “İnstagram” və "Twitter" səhifələri üzərindən abunəçilərinin sorğularını da cavablandırır. Ötən ilin göstəricilərinə əsasən təxminən 160 min Nar abunəçisinin sorğusu məhz sosial media səhifələri üzərindən həll edilib.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.

Son xəbərlər

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Masazırda faciə: Ölən var

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi

“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Bütün xəbərlər