Polkovnikdən Sahil Babayevə sərt mesaj: - “Bizə minnət qoyma”

Hərbçilərin pensiya artımı ilə bağlı uzun zamandır gözlədikləri qərar verildi.

"dogruxeber.tv"bildirir ki, Prezident İlham Əliyev "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilməsini təmin edəcək.

Həmçinin, Nazirlər Kabineti bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maddi yardımın dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün zəruri tədbirlər görməli və irəli gələn digər məsələləri həll etməlidir.

Bununla bağlı ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında bildirib ki, yeni qərar hərbçilərin dediyi məsələ ilə bağlıdır:

“Sərəncəma əsasən əlavələri pensiyaçılar, hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və başqaları alacaq. Lakin bizim irəli sürdüyümüz tələblərin bəzilərinə Dövlət Sosial Müdafiə Fondu aydınlıq gətirməyib.

Biz orada indeksləşdirmə və 2013-cü ilin yanvarın 1-dən Nazirlər Kabinetinin qərarına əsasən, ərzaq əvəzinə pul kompensasiyasının ödənilməsi məsələsi üçün də müraciət etmişdik. Lakin Sahil Babayev deyir ki, bu sərəncam sosial müdafiənin gücləndirilməsi istiqamətində daha bir addımdır.

Ümumiyyətlə, Sahil Babayev özünü reklamla məşğul olmasın və bizə də minnət qoymasın. Çünki bu, bizim qanunla tənzimlənən hüquqlarımızdır. Nə üçün 3 ay keçəndən sonra Əmək və Əhalinin Sosial Müdafiə nazirinin bizə qarşı qayğı yadına düşdü? Nəzərə almaq lazımdır ki, son günlərdə məhkəmələrə də müraciətlərimiz olub”.

Polkovnik deyib ki, hərbi qulluqçular martın 8-dək bu məsələnin öz həllini tapmasını gözləyirdilər:

“Çünki Nazirlər Kabinetinə bu məsələlərin həll olunması ilə bağlı müraciət ünvanlamışdıq. Lakin bu müraciət yalnız indi öz həllini tapıb. Buna baxmayaraq, hələ də digər məsələlər qalıb və biz onların həlli üçün lazım olan hüquqi addımları atacağıq”.

Son xəbərlər

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

Bütün xəbərlər