“Nar” ardıcıl üçüncü il Müştəri Loyallığı İndeksində lider oldu

2021-ci ilin Müştəri Loyallığı İndeksi nəticələrinə görə mobil operatorlar arasında “Nar” ən yüksək nəticə göstərərək birinciliyini qoruyub. Ötən illə müqayisədə “Nar”ın Müştəri Loyallığı İndeksi 2021-ci ildə 50% yüksəlib. “Nar” 2019-cu ildən etibarən Müştəri Loyallığı İndeksi üzrə yerli mobil rabitə bazarının lideridir.

"dogruxeber.tv"ın məlumatına görə, şirkətin Baş İcraçı Direktoru Qunnar Panke əldə olunan nəticədən dolayı qürur duyduğunu bildirir. ““Nar” olaraq bütün fəaliyyətimizi son nəticədə müştərilərimizin rahatlığına fayda verəcək şəkildə qurmuşuq. İstər yeni məhsullar hazırlayarkən, istərsə də mövcud xidmətləri təkmilləşdirərkən abunəçilərimizin rəylərini öyrənirik və tətbiq edirik. Bu liderliyi Azərbaycan kimi rəqabətcil rabitə bazarında 3 il boyunca saxlaya bilmək bizim üçün çox böyük uğurdur.”

“Nar”ın sərfəli təklifləri, mobil internet xidmətlətinin keyfiyyəti və müştəri xidmətlərinin üstünlüyü Müştəri Loyallığı İndeksini üzrə lider mövqeyinin qorunub saxlanmasının əsas faktorları olub. “Nar” mağazalarının yenilənərək müştərilər üçün daha rahat xidmət şəraitinin yaradılması, “Nar+” tətbiqinin təkmilləşdirilməsi ilə abunəçilərin balanslarına daha asan nəzarət etməsi və həmçinin davamlı gücləndirilən mobil şəbəkə mobil opeartorun müştəriyönümlülük strategiyası çərçivəsində həyata keçirilir. Mobil operatorun müştəriyönümlülüyü özünün əsas iş istiqaməti kimi müəyyən etməsi abunəçilərin razılığının məhz bu yöndə xüsusi seçilməsinə səbəb olub.

Qeyd etmək lazımdır ki, Müştəri Loyallığı İndeksinin (Net Promoter Score – NPS) müəyyən edilməsi mobil operatordan asılı olmayan, müstəqil qurumlar tərəfindən beynəlxalq təhlil standartlarına uyğun sorğular əsasında aparılır. Bir qayda olaraq, sorğuda iştirak edənlər istifadə etdikləri xidməti yaxınlarına, dostlarına, qohumlarına məsləhət görərdilərmi sualına 10 ballıq qiymətləndirmə ilə cavab verirlər.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.

Son xəbərlər

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Masazırda faciə: Ölən var

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi

“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Bütün xəbərlər