DİM abituriyentlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi hərbi xidmətdən möhlət hüququ verilən abituriyentlərə müraciət edib.

DİM-dən "dogruxeber.tv"a verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “2022/2023-cü tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün müraciət edən Azərbaycanın kişi cinsli vətəndaşlarının hərbi vəzifə ilə bağlı öhdəlikləri barədə məlumatların verilməsi Qaydası”nda müəyyən dəyişiklik edib.

Dəyişikliyin əsas mahiyyəti ondan ibarətdir ki, yeni qaydalara görə artıq 18 yaşı 30 aprel 2022-ci il tarixdən sonra tamam olacaq əvvəlki ilin oğlan abituriyentləri ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün “Abituriyentin elektron ərizəsi”ni təsdiq edə bilərlər.

Ərizə qəbulu ilə bağlı qaydalar ümumi olaraq aşağıdakı kimidir:

1987-2004-cü il təvəllüdlü (01.05.2004-cü il tarixədək anadan olmuş) kişi cinsli abituriyentlərin elektron ərizələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması və ya çağırışdan azad edilməsi barədə məlumat Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) elektron-məlumat bazasında əks olunmalıdır.

Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlərin, yuxarıda qeyd olunduğu kimi 30 aprel 2004-cü il tarixdən sonra doğulmuş əvvəlki ilin məzunu olan abituriyentlərin və 35 yaşı tamam olmuş abituriyentlərin elektron ərizələri SHXÇDX-in elektron-məlumat bazasına sorğu verilmədən təsdiq edilir.

Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının SHXÇDX tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Son xəbərlər

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Bütün xəbərlər