"İstəsək, xarici dövlət borcunu bir gün ərzində sıfırlaya bilərik" - İlham Əliyev

"Azərbaycan dünya miqyasında o ölkələrdəndir ki, ölkəmizdə xarici dövlət borcu çox aşağı səviyyədədir, cəmi 7,4 milyard dollardır. Əgər istəsək, biz bu borcu bir gün ərzində sıfırlaya bilərik".

"dogruxeber.tv" xəbər ki, bunu martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının Gülüstan sarayında keçirilən təməlqoyma mərasimi zamanı Prezident İlham Əliyev deyib.

“Əlbəttə ki, həm beynəlxalq maliyyə qurumları, həm böyük şirkətlər, investorlar Azərbaycana çox böyük maraqla yanaşırlar. Bizim siyasətimiz isə ölkəmizin bundan sonrakı sürətli inkişafını təmin etmək, əlbəttə ki, ilk növbədə, azad edilmiş torpaqları bərpa etmək, - bu, böyük ərazidir, 10 min kvadrat kilometrdən çox bir ərazidir, - və eyni zamanda, ölkəmizin dayanıqlı inkişafını təmin etməkdir. Bu, aksiomadır ki, elektrik enerjisi olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, birinci şərtdir, bu, əsas şərtdir. Xoşbəxtlikdən Azərbaycanda zəngin neft və qaz yataqları vardır və bu yataqların istismarı və işlənilməsi uğurla gedir. Müasir infrastruktur vardır - həm nəqliyyat, həm kommunikasiya, həm də elektrik xətləri ixrac bazarları ilə bizi birləşdirir. Güclü siyasi iradə vardır.

Dünyanın demək olar ki, əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri vardır. Bir çox dostlarımız var, onlardan biri də Birləşmiş Ərəb Əmirlikləridir. Mən bütün sərmayə maraqlarını, biznes maraqlarını nəzərə alaraq onu da bildirməliyəm ki, əgər iki ölkə arasında yaxın dostluq əlaqələri olmasaydı, yəqin ki, bu layihəni də biz görməzdik. Yəni, bütün bu amillərin vəhdəti çox gözəl bir imkan yaradır. Hesab edirəm ki, biz bu imkandan böyük səmərə ilə istifadə edirik və edəcəyik”, - deyə Prezident İlham Əliyev çıxışında bildirib.

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər