Cəmiyyət bu hallardan çox narahatdır

Əvvəlki illərə nisbətən, son dövrlər narkomaniya, kriminal hadisələr və oğurluq hallarının çoxalması cəmiyyəti olduqca narahat edir. Bu cür xoşagəlməz hadisələrin artması hüquq - mühafizə orqanlarının qarşısında böyük məsuliyyət yaradır.

Xatırlayırsınızsa, ”dogruxeber.tv” informasiya portalında, Abşeron rayonu ərazisində bir mənzildə üç dəfə oğurluq olması və digər ərazilərdə də oxşar hadisələrin baş verdiyi barədə məlumat dərc etmişdik.

Gecə oğurluq olub

Qeyd edək ki, Abşeron rayonu Novxanı qəsəbəsi yeni yaşayış massivində oğurluq olan mənzil mühafizə polisi tərəfindən qorunurdu. Amma, bütün bunlara baxmayaraq, mənzildə quraşdırılmış müşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərdən də aydın görünürdü ki, mənzilə oğurluq məqsədilə gələn oğrular içəri daxil olmaq üçün xeyli zaman itirirlər.

Təəssüflə qeyd etmək istərdik ki, oğrular itirdikləri bunca zamana baxmayaraq, məqsədlərini sərbəst şəkildə həyata keçirmiş və hadisə yerini rahatlıqla tərk etmişdilər. Atalar demişkən: "Dərə xəlvət, tülkü bəy". Buradan belə qənaətə gəlmək olur ki, oğrular hadisəni həyata keçirməmişdən öncə əraziləri nəzərdən keçirib və qəsəbə daxili polis nəzarətinin olmadığını gördükdən sonra öz çirkin niyyətlərini həyata keçiriblər.

Oxşar hadisə Qaradağ rayon Müşviqabad qəsəbəsində də baş verib. Belə ki, 16.02.2022-ci il tarixdə jurnalist Kamal Əsgərova məxsus anbarda oğurluq hadisəsi baş vermişdir. Oğrular anbarın dəmir qapısının kilidini qıraraq, içəri daxil olub, xeyli sayda məişət əşyalarını aparıblar. Qeyd edək ki, hadisə ilə bağlı daxili işlər nazirliyinin "102" qaynar xəttinə məlumat verilmiş və əraziyə polis əməkdaşları cəlb olunub. Hadisə yerinə baxış keçirən polis əməkdaşları ekspert müayinəsi aparıb və əlavə müayinə üçün bir neçə əşya da götürüblər. Əfsuslar olsun ki, hadisə ilə bağlı bu günə qədər heç bir məlumat yoxdur. Bəli, yuxarıda da qeyd etdiyimiz kimi oğurluq, narkomaniya və cinayət hadisələrinin artması cəmiyyəti narahat edir. Məlumdur ki, bu cür xoşagəlməz hadisələrin çoxalmasının müxtəlif səbəbləri vardır. Amma, belə hesab edirəm ki, digər səbəblərə baxmayaraq, bu kimi halların qarşısının alınması və belə hallara qarşı ciddi araşdırmalar aparılıb, tədbirlər görülməsi hüquq - mühafizə orqanlarının prioritet istiqamətlərindən biri olmalıdır.

Sizcə bu belədir...!?

Bu gün “dogruxeber.tv” informasiya portalının əməkdaşları, bir neçə rayon (Qaradağ, Abşeron və Yasamal) sakinləri arasında sorğu keçirib və yuxarıda qeyd olunan hadisələrə münasibət öyrəniblər. Məlumat üçün bildiririk ki, aparılan sorğu zamanı vətəndaşlar tərəfindən bir sıra maraqlı və düşündürücü fikirlər səsləndirilib. İlk növbədə, vətəndaşları narahat edən məsələlərdən biri ümumtəhsil müəssisələrində şagirdlərin təlim-tədris işləri və əxlaqi keyfiyyətlərinin yüksəldilməsi istiqamətində müvafiq tədbirlərin aparılmaması və eyni zamanda bəzi valideynlərin övladlarına qarşı səhlənkar yanaşmaları mövcud duruma gətirib çıxarır.

Vətəndaşları narahat edən ikinci məsələ isə ərazi üzrə polis nəzarətinin zəif olmasıdır. Onların sözlərinə görə ərazidə polis əməkdaşları çox az-az görünür və hətta elə ərazilər var ki, orada vətəndaşlar sahə müvəkkillərini belə tanımırlar. Belə olduğu təqdirdə isə bir çox ərazilərdə oğurluq hallarının baş verməsi və kriminal hadisələrin yaranması qaçılmaz olur. Həmçinin, vətəndaşlar onu da qeyd ediblər ki, polis nəzarətinin bu cür aşağı olmasından sui-istifadə edən bəzi “narkobaron”lar şəxsi maraqları naminə yeniyetmə gəncləri pis vərdişlərə meyilləndirib onların gələcəyini puç edirlər.

Yeri gəlmişkən onu da qeyd edək ki, tərəfimizdən yuxarıda qeyd olunan ərazilər üzrə xidmət aparan polis əməkdaşlarından təhlükəsizliyin təmin olunması üçün təyin olunan ərazilərdə neçə polis əməkdaşının xidmət apardığını soruşduq. Təqribən 25-30.000 (iyirmi beş, otuz min)ə yaxın əhalisi olan, yəni üç qəsəbə üzrə gündüz 4 (dörd) axşam isə 3 (üç) polis nəfəri xidmət göstərir. Bu isə olduqca aşağı göstəricidir. Hələ aparılan xidmətin hansı keyfiyyətdə olmasını və necə təşkil edildiyindən danışmırıq.
Əlqərəz…

Hamımıza yaxşı məlumdur ki, Daxili İşlər naziri general-polkovnik cənab Vilayət Eyvazov nazir təyin olunduğu vaxtdan bu günə qədər polis orqanlarında bir sıra yeniliklər və yüksək xidmətin təşkili üçün müəyyən zəruri tədbirlər həyata keçirmişdir. Görünən odur ki, bəzi polis şöbəsinin səlahiyyətli şəxsləri xidməti düzgün təşkil etmir. Belə olduğu təqdirdə isə nazirin qurum üçün bunca zaman ərzində atdığı bütün müsbət addımlara müəyyən dərəcədə kölgə salmış olurlar.

Mövzuya qayıdacağıq...

dogruxeber.tv

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər