İstanbulda ticarət mərkəzində oğurluq edən 3 azərbaycanlı tutuldu
![]()
İstanbulda yerləşən ticarət mərkəzlərinin birindən oğurluq edən 3 Azərbaycan vətəndaşı saxlanılıb.DoğruXəbər.az “CNN Türk”ə istinadən xəbər verir ki, oğurluq hadisəsini ərazidəki kameralar qeydə alıb.
Belə ki, ticarət mərkəzində alış-veriş edən bir qadın çantasını stolun üstünə qoyaraq yemək sifariş etmək üçün gedib. Bu zaman çantanın olduğu masaya yaxınlaşan oğru onu götürüb və əvvəldən özü ilə gətirdiyi çantanın içərisinə yerləşdirərək sürətlə uzaqlaşıb. Geri qayıdan qadın çantasının yoxa çıxdığını gördükdə polis əməkdaşlarına xəbər verib.
AVM'deki hırsızlık kamerada
Beşikdaş Polis İdarəsinin əməkdaşları ticarət mərkəzinə avtomobillə gələn 3 nəfər şübhəlini müəyyən ediblər. Bundan sonra isə onların tutulması üçün plan hazırlanıb. Müəyyən olunan avtomobilin vurulması ilə bağlı elan verilib və hadisə yerinə gələn oğrular tutulub. Oğurluq hadisəsini törədənlərin kimliyi açıqlanmır.
Virtualaz.org


