21 mart “Beynəlxalq Meşələr Günü”dür

Meşələrin vacibliyini, meşəbərpa işlərinin önəmini vurğulamaq, ağac əkinini təşviq etmək məqsədilə hər il 21 mart “Beynəlxalq Meşələr Günü” kimi qeyd olunur. Azərbaycanda da davamlı olaraq genişmiqyaslı meşəbərpa və ağacəkmə tədbirləri həyata keçirilir.

"dogruxeber.tv" xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib. Mütəxəssisin fikrincə, meşəbərpa işləri məqsədyönlü və elmi əsaslarla həyata keçirilməlidir. Meşəliklər salınarkən ərazinin torpaq-iqlim şərtləri və bölgənin relyefinə uyğun bitkilərin seçilməsi vacibdir.

“Son illər dünyanın əksər ölkələrində monokultural, yəni yekcins əkinlərə deyil, qarışıq tərkibli əkinlərə daha çox üstünlük verilir. Çünki qarışıq əkinlərin torpaqqoruyucu, susaxlayıcı və estetik xassələri kifayət qədər yüksəkdir. Artıq biz də, işğaldan azad olunmuş ərazilər də daxil olmaqla, meşəsalma işlərində qarışıq tipli meşə əkinlərinə xüsusi önəm veririk. Eyni zamanda, torpaqda suyun normal miqdarda və maksimal müddətdə saxlanılmasını təmin etmək məqsədilə hazırda terras tipli əkinlər həyata keçiririk”.

Xidmət rəsmisinin sözlərinə görə, yaz əkin planına uyğun olaraq ölkə üzrə 344 hektar meşə fondu torpağında meşəbərpa işlərinin aparılması, hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə 700 000-dən çox meşəcinsli ağacın əkilməsi, 6000 kiloqramdan çox toxumun səpilməsi planlaşdırılır.

Həyatımızda meşələrin və ağacların əhəmiyyətini vurğulayan Beynəlxalq Meşələr Günümüz mübarək!

Son xəbərlər

Türkiyədə azərbaycanlı qadın həbs olundu

Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır

Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi

Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu

Ebola virusundan ölənlərin sayı artır

Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi

Məşhur müğənni öldü - FOTO

​Şəkidə evdən meyit tapıldı

ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım

“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-VİDEO

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Almaniya Ekvador millisinə uduzdu

Bütün xəbərlər