gundem / siyaset / Cəmiyyət / Foto
15.04.2022
Elman Rüstəmovun qızının milyonlari... - FOTOFAKT
Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən azad edildiyindən bəri haqqında ardıcıl olaraq, yerli medialarda maraqlı faktlar, sərvətləri barəsində ilginc məlumatlar yayımlanır.
"dogruxeber.tv" qeyd edir ki, Elman Rüstəmovun özünə, ailə üzvləri və yaxınlarına məxsus biznes və sərvətləri barəsində geniş, ətraflı araşdırma məlumatlar daha çox araşdırmaçı jurnalist Cavanşir Həsənli tərəfindən yayımlandı.
Yeri gəlmişkən, Cavanşir Həsənli bu dəfəki paylaşımında Elman Rüstəmovun qızına məxsus milyonlardan bəhs edib.
"Mərkəzi Bankın keçmiş sədri (hazırda baş nazirin müşaviri) Elman Rüstəmovun Böyük Britaniyada yaşayan qızı Günel Rüstəmovaya məxsus GYUNEL LIMITED-in bu ilin yanvarında təqdim etdiyi maliyyə hesabatına görə aktivləri 6.208.065 funt sterlinq (14 milyon manata yaxın) təşkil edir."
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
dogruxeber.tv





