Abşeronda Beynəlxalq Mədəniyyət Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

"dogruxeber.tv" xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Abşeron” qəzeti redaksiyasının və Azərbaycan Yazıçılar Birliyi Abşeron bölməsinin birgə təşkilatçılığı ilə 15 aprel Beynəlxalq Mədəniyyət Günü münasibəti ilə Xırdalan şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının içtimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova, Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi şair, yazıçı, dramaturq İlqar Fəhmi, mədəniyyət işçiləri, şairlər, yaradıçı məktəblilər iştirak edib.
“Abşeron” qəzetinin baş redaktoru, AYB Abşeron Bölməsinin sədri yazıçı-publisist Şəhla Ağbulud tədbiri açaraq Azərbaycanın qədim tarixindən, ədəbiyyatından, mədəniyyətindən danışıb və qeyd edib ki, bir ildən artıqdır Azərbaycan xalqı bayramları, əlamətdar günləri ruh yüksəkliyi ilə qeyd edir. Buna görə biz Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, Milli Ordumuza, qazilərimizə və şəhidlərimizə minnətdarıq.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova tədbir iştirakçılarını Beynəlxalq Mədəniyyət Günü münasibəti ilə təbrik edərək vurğulayıb ki, Azərbaycan qədim tarixə və mədəniyyətə malik bir ölkədir. Düşmənlərimiz 30 il işğal müddətində tarixi abidələrimizi, milli mədəniyyət nümunələrimizi dağıdıb. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə hazırda böyük quruculuq, bərpa və abadlıq işləri həyata keçirilir.
Azərbaycan Yazıçılar Birliyinin katibi şair, yazıçı, dramaturq İlqar Fəhmi ölkəmizdə şairlərə, sənət adamlarına diqqət və qayğının göstərildiyini qeyd edərək bildirib ki, Azərbaycan bu gün malik olduğu zəngin irslə beynəlxalq aləmdə məşhurdur. Həmçinin ölkəmiz dünyada ən böyük mədəniyyət təşkilatı olan YUNESKO ilə sıx əməkdaşlıq edir. Mədəniyyətimiz bu qurum vasitəsi ilə dünyada təbliğ olunur. Mədəni irsimizin dünyada tanınmasında UNESKO-nun xoşməramlı səfiri, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın böyük xidmətləri var.

  Abşeronda Beynəlxalq Mədəniyyət Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

AMEA-nın əməkdaşı, dosent Seyranə Kasimi, Azərbaycan televiziyasının redaktoru Avdı Qoşqar, şair Qadir Süstlü, Abşeron Rayon Heydər Əliyev Muzeyinin direktoru Tükəzban Həsənova, Abşeron Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Cəmilə Kərimova və başqaları Abşeronun tarixi və mədəniyyəti barədə danışıblar.
Dövlət Musiqili Komediya Teatrının aktyoru, Əməkdar artist, Preziden mükafatçısı Nadir Xasıyev, Xalq artisti Şükufə Musayeva, “Xəzri” xalq çalğı alətləri ansamblının bədii rəhbəri Təyyar Mirzəyev, “O səs Türkiyə” yarışmasının finalçısı İlham Əsgəroğlu, xanəndə Qəhrəman Qəmbərov, Fatmai klubunun dorektoru Afət Nəbiyeva və istedadlı şagirdlər öz ifaları ilə tədbirə xüsusi rəng qatıblar.

***

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayonu üzrə mədəniyyət müəssisələrində də 15 aprel “Beynəlxalq Mədəniyyət Gününə həsr olunmuş tədbirlər keçirilib. Belə ki, Abşeron rayon Heydər Əliyev Mərkəzində və Abşeron rayon Mədəniyyət Mərkəzində mədəniyyət müəssisələrinin rəhbər işçilərinin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” və “Mədəniyyət və tolerantlıq” mövzularında dəyirmi masa düzənlənilib. Sumqayıt regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Abşeron rayonu üzrə nümayəndə İlham Manafov çıxış edərək ölkəmizdə mədəni sahədə görülən işlərdən ətraflı danışıb. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin mədəniyyəti xalqın böyük sərvəti hesab edib. Ulu Öndərin Azərbaycanda mədəni mühitin inkişaf etdirilməsində misilsiz xidmətlərinin olduğu qeyd edilərək vurğulanıb ki, bu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Mədəniyyət sahəsinə verdiyi töhfələrdən danışılaraq vurğulanıb ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi proqramlar nəticəsində Azərbaycan mədəniyyəti dünya arenasında tanıdılıb.
Daha sonra Abşeron rayon Mədəniyyət Mərkəzinin direktoru Kamran Musayev, bədii rəhbəri Samirə Qafarova, Fatmayı kənd diyarşünaslıq klubunun müdiri Afət Nəbiyeva mühazirə ilə çıxış ediblər.
Sonda mədəniyyət sahəsindəki fəaliyyətində fərqlənən bir sıra əməkdaşlar fəxri fərmanla təltif olunublar.

Oxunub: 330

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər