Naxçıvan gömrüyündə vətəndaşlara TƏLƏ - GİLEY

dogruxeber.tv: - Culfa gömrüyündən İrana getmək istəyən naxçıvanlılar tələb olunan PCR testi üçün hər dəfə pul ödəməli olurlar. Bu testlər Naxçıvandakı dövlət xəstəxanalarında götürülsə də, qiyməti 50 manatdır.

Bu haqda "Gündəlik Naxçıvan"a yerli sakinlər məlumat verib. Şikayətçilərin sözlərinə görə, test üçün ödədikləri pula görə qəbz verilmir. Bu isə, onlarda 50 manatın qanuni yox, rüşvət kimi alındığı şübhəsi yaradır.
Ordubad rayon sakini Vasif Qurbanov deyir ki, bir neçə gün öncə oğlunu müalicə üçün İrana aparmaq istəyib. Lakin, PCR testi vermədikləri üçün, Culfa gömrüyü onları geri qaytarıb:

"Oğlumun İranda müalicəsi üçün 300 manat borc almışdım. Culfa gömrüyündə bizimkilər dedi ki, test olmadan buraxa bilmərik. Göndərdilər Naxçıvanda yeni tikilən hərbi hospitala. Getdik, orada da dedilər hərəniz 50 manat verməlisiniz, yoxsa mümkün deyil. Hesabladım ki, 100 manat testə versəm, 200 manatım qalacaq. Bu isə İrandakı müalicə üçün yetmir. Oğlumun vəziyyətinin ağır olmasına baxmayaraq məcbur oldum, İrana getməyi təxirə saldım. Axı, dövlət xəstəxanaları pulsuz etməlidir, niyə 50 manat alırlar? Heç olmazsa 15-20 manat alsınlar ki, gedə bilək".

Digər şikayətçi Elnur Məhərrəmli deyir ki, ödədiyi pul üçün qəbz tələb etsə də, verməyiblər:

"İndi İrana gedənlərin əksəriyyəti müalicə üçün ora üz tutanlardı. Hər xəstənin yanında ən az bir nəfər də getməlidir. Gömrüyü keçmək üçün tələb olunan testi isə 50 manata satırlar. İki nəfər üçün, təkcə 100 manat testə ödəməlisən. Bu günlərdə mən də anamı İrana apardım. Məcbur olub ikimizi də test elətdirdi. 100 manat ödədim və qəbz istədim. Dedilər ki, biz qəbz vermirik. Qəbz vermirlərsə, demək rüşvət kimi alırlar o pulu".

Pandemiya dövrü başlandıqdan bəri, İran Azərbaynla quru sərhədini bağlamışdı. Bu ilin yanvar ayının ortalarından sərhədlər yenidən açılıb. Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, İran ərazisindən keçən Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə işləyən avtobusların sərnişinləri üçün PCR testi tələbi aprelin 15-dən ləğv olunub. Ancaq, bu qərar İrana səyahətə gedənlərə şamil olunmur.

Son xəbərlər

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər