İsveçrədə Fərhad Əhmədovun bank hesabları...- TƏFƏRRÜAT

İsveçrə aprelin 8-də Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi beşinci sanksiyalar paketinə uyğun olaraq məhdudlaşdırıcı tədbirlərə başlayıb.

"dogruxeber.tv" Banker.az-a istinadən xəbər verir ki, ölkənin gördüyü tədbirlər nəqliyyat qadağaları istisna olmaqla Aİ-nin sanksiyalar paketinə uyğundur. Aprelin 27-si qüvvəyə minən sanksiyaların tam siyahısı “White & Case” beynəlxalq hüquq firmasının saytında dərc olunub. Sanksiyalar 200-ə yaxın rusiyalı şəxsin, o cümlədən azərbaycanlı əsilli rusiyalı milyarder Fərhad Əhmədovun və oliqarx Oleq Deripaskanın, həmçinin prezident Vladimir Putinin ailə üzvlərinin və İsveçrədəki bir çox rusiyalı məmurların bank hesablarını və digər aktivlərini dondurur.
İsveçrə də siyahıya 18 təşkilatı, o cümlədən dörd Rusiya bankını daxil edib. Bunlar “VTB”, “Sovkombank”, “Novikombank” və “Otkritie”, eləcə də müdafiə, elektronika, gəmiqayırma və nəqliyyat sənayesində fəaliyyət göstərən müxtəlif şirkətlərdir.

Xatırladaq ki, Fərhad Əhmədov Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi əvvəlki sanksiyalar paketindən çıxarılmışdı. Lakin 5-ci paketə onun da adı əlavə edilmişdi.

İsveçrə Rusiyada istehsal olunan kömür və digər bərk növ yanacaqların alınmasına, idxalına, tranzitinə və daşınmasına qadağa qoyub. Qadağa həmçinin müvafiq texniki, broker və digər xidmətlərə, eləcə də maliyyələşdirmə və müxtəlif növ maliyyə yardımlarına şamil edilir.

Rusiya sənayesinin inkişafı və ya Rusiyada istifadə üçün nəzərdə tutulmuş geniş çeşiddə malların, habelə əlaqəli xidmətlərin Rusiyaya satışı, tədarükü, ixracı, tranziti və daşınması da qadağandır. Bu qadağa 500-dən çox maddəyə şamil edilir.

Son xəbərlər

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

Türkiyə parlamentində ilk - Deputatlar evləndi

Ceyhun Bayramov Polşaya getdi

Bu şirkətlər əlindən cana doyan sakinlər çarəsiz qalıb+Video

ABB-də problem: müştərilərin hesabları silindi

Fransada Ebolaya ilk yoluxma qeydə alındı

Aşura mərasimlərinə uşaqların aparılması doğrudurmu?

İran ABŞ və İsraili beynəlxalq məhkəməyə verəcək

Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+VİDEO

Bu yolda hərəkət məhdudlaşdırıldı

Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlandı

Türkiyəyə 200 kq ağırlığında dron düşdü

Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Bütün xəbərlər