Azərbaycanda kredit faizləri aşağı salınacaq? - AÇIQLAMA

Azərbaycanda bank kreditlərinin faiz dərəcəsinin çox yüksək olması həm iqtisadiyyat, həm də əhali üçün ciddi problemlər yaradıb və yaratmaqda davam edir.

Bunu "dogruxeber.tv"a açıqlamasında iqtisadçı deputat Əli Məsimli deyib. Deputat bildirib ki, əhalinin banklara borclu olan hissəsinin evləri, digər daşınmaz əmlakları, maşınları, zinət əşyaları və s. əllərindən çıxır.

"Biznes kreditlərinə tətbiq olunan yüksək faizlə pul götürüb, istehsal qurmaq və uğurlu fəaliyyət göstərmək demək olar ki, qeyri-mümkündür. Biznes strukturlarının xeyli hissəsi yüksək faizlə aldıqları kreditləri qaytara bilmədiyindən, çıxılmaz vəziyyətə düşür və sıradan çıxırlar. Bank faizlərinin yüksəkliyi həm əhali, həm də biznes aləmində ciddi narazılıq mənbəyidir. Bu baxımdan, faizlərin aşağı salınması tez-tez gündəmə gələn məsələlər sırasındadır. Son vaxtlar faiz dərəcələrinin aşağı salınmasına yönəlik müəyyən mexanizmlərin tətbiqinə səylər göstərilir. Belə ki, kredit faizlərinin aşağı salınması ilə bağlı dünyada geniş tətbiq edilən daşınar əmlakın yüklülüyünün dövlət reyestri və kredit zəmanəti mexanizmi yaradılıb. Amma görünən odur ki, beynəlxalq praktikada özünü yaxşı göstərə bilən həmin mexanizmlər hələ ki ölkəmizin kredit bazarında faiz dərəcələrinin aşağı enməsinə təsir edə bilmir. Hazırda infliyasiyanın 12 faizin üstündə, depozitlərə görə faiz dərəcəsinin isə demək olar ki, buna yaxın olduğu bir şəraitdə bankların faiz dərəcələrinin nəzərəçarpan dərəcədə aşağı salmağa gedəcəkləri real görünmür. Bununla belə bank faiz dərəcələrinin bir neçə faiz bəndi aşağı salınmasının mümkünlüyünü əsaslandırmaq olar. Amma bu, məsələnin köklü həll yolu deyil".

Deputat bildirib ki, bank faiz dərəcələrinin aşağı salınmasına davamlı xarakter verib, onun ikirəqəmli səviyyədən etibarlı şəkildə birrəqəmli səviyyəyə enməsini təmin etməkdən ötrü, ölkədə iqtisadi sistemin, eləcə də maliyyə-kredit, bank sisteminin, məhkəmə sisteminin köklü islahatlarına ehiyac var:

"Müvafiq qanunvericiliyin yaşamağa başladığımız yeni mərhələnin çağırışlarına uyğun surətdə yenilənməsinə, o cümlədən Rəqabət və Bank Məcəllələrinin qəbul edilməsinə, xaricdən əlverişli şərtlərlə kredit resursları cəlb edilməsinin dairəsinin genişləndirilməsinə, iqtisadiyyatın bütün sahələrində, o cümlədən bank sistemində sağlam rəqabətə rəvac verilməsinə, şəffaflığın təmin edilməsinə, proqram xarakterli sistemli tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var".

Oxunub: 430

Son xəbərlər

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Azərbaycan Kuboku: Bu gün ilk finalçı bəlli olacaq

Pirallahıda piyadanın vurulması ölümlə nəticələnib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Azərbaycan bank sektorunun uğurları və riskləri

Yağışlı Bakının tıxaclı yolları – SİYAHI

Məğlub oldu deyə rəqibinə şillə vurdu

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Bütün xəbərlər