Polis İdarəsində cinayət hadisəsinə qeyri-bərabər yanaşma - Zərəçəkmiş jurnalistin  iş materialı gizlədilir ?

Bir neçə ay əvvəl Qaradağ rayon Müşfiqabad qəsəbəsində "dogruxeber.tv" informasiya portalının rəhbəri Kamal Əsgərovun müvəqqəti istifadəsində olan - şəxsi məişət əşyalarını və digər qiymətli avadanlıqlarını yığdığı anbardan oğurluq olduğu barəsində məlumat yayımlamışdıq. Təkrar qeyd edirik ki, bu hadisədə jurnalistə külli miqdarda maddi ziyan dəymişdir.

Hadisə ilə bağlı dərhal polisə məlumat verilsə də oğruları yaxalamaq bir müddət mümkün olmadı. Hətta, qeyd edək ki, Kamal Əsgərovun məişət əşyaları və digər qiymətli avadanlıqlarını yığdığı anbarda baş verən oğurluq hadisəsindən qısa müddət sonra, həmin yerə yaxın ərazidə daha iki mənzildən oğurluq edildi. Təqribən bir ay əvvəl axırıncı oğurluq olan mənzilin sahibi özü isti izlərlə araşdırma aparıb, qonşuda quraşdırılmış nəzarət kameralarından oğruların evdən oğurladıqları əşyaların yükləndiyi avtomobilin görüntülərini əldə edərək, sözügedən ərazi üzrə sahə müvəkkili Faiq Bağırova təhvil verib. Budan sonra həmin avtomobilin taksi olduğu müəyyən edilib və taksi sürücüsü polis tərəfindən saxlanılıb. Sürücü polis bölməsində dindirildikdən sonra, oğurlanan əşyaların satıldığı obyekt və hadisəni törədən şəxslərin kimliyi müəyyənləşib. Sahə müvəkkili Faiq Bağırovla "Çevik Polis Alayı"nın əməkdaşı Qədir Qəmbərov dərhal, operativ əməliyyat keçirib, həmin cinayətkarları yaxalayıb və Qaradağ rayon 10-cu polis bölməsinə təhvil veriblər.

Cəmiyyət bu hallardan çox narahatdır

Artıq, iki aya yaxln müddətdir ki, gedişat barəsində heç bir məlumat yoxdur.

Jurnalist Kamal Əsgərov tədqiqatçı Əlizamin bəylə telefon əlaqəsi saxlayıb, gedişat barəsində məlumat almaq istədi. Lakin, Elizamin bəy bildirdi ki, "Sizin işinizlə bağlı materialları artıq, Qaradağ rayon prokurorluğuna göndərmişəm".

Qeyd edək ki, Kamal Əsgərova məxsus xeyli sayda məişət əşyaları və digər qiymətli avadanlıqların oğurlanması hadisəsindən sonra ətraf ərazidə törədilən oğurluq hadisələri ilə bağlı işlər Qaradağ rayon Polis İdarəsinin istintaq şöbəsində, müstəntiq Azər bəyin icraatındadır.

Maraqlıdır, bir qrup cinayətkarın törətdiyi cinayət əməlinə (oğurluq) Qaradağ rayon polis idarəsində baxıldığı halda, eyni cinayətkarların külli miqdarda maddi ziyan vurduğu jurnalist Kamal Əsgərovun şikayəti hansı səbəblərə görə prokurorluğa göndərilib?!

Qaradağ rayon Polis İdarəsinin şikayətçilər arasında ayrı-seçkilik salması bizim üçün də müəmmalıdır.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər