“Quru sərhədlərini açmasaq, quru yerdə qalacağıq” - ÇAĞIRIŞ

dogruxeber.tv: - “Artıq yay turizm mövsümü başlayır. Bu yayı mütləq ölkənin turizm sektoru üçün dirçəliş şansına çevirməliyik. Pandemiyanın iki ildir ki, boğub, taqətdən saldığı turizm sektoru bu yay ayağa qalxmalı və itirdiklərinin heç olmasa bir hissəsini bərpa etməlidir. Bu, mütləqdir”.
Bu sözləri iqtisadiyyat elmləri doktoru, professor, “Ukrayna Ticarət Evi”nin rəhbəri Əlibala Məhərrəmzadə deyib. O bildirib ki, məsələ təkcə turizm sektoru yox, bütövlükdə ölkə iqtisadiyyatı, əhalinin sosial rifahı baxımından vacib əhəmiyyət daşıyır. 2022-ci ilin yayının turizmin bərpasında dönüş fəsli olması üçün hamı əlindən gələni etməlidir. Amma ilk və əsas addımı hökumət atmalıdır.

- Sahəyə yaxından bələd olan şəxs kimi tam məsuliyyətlə deyə bilərəm ki, turizm sektoru personalın infrastrukturun hazırlığı baxımından mövsümə 85-90% hazırdır,- o vurğulayıb. - Otellər, yollar, restoranlar, əyləncə məkanları və sair və ilaxır – bunların hamısı turistləri gözləyir. Bircə qalır əsas məsələ - quru sərhədlərin açılması. Yada salaq, 2019-cu ilin yay mövsümündə Azərbaycana 3,2 milyondan çox turist gəlmişdi. Sektor çox dinamik inkişaf edir, gəlirlər artırdı. Azərbaycan dünya turizm bazarındakı yerini addım-addım möhkəmləndirirdi. Amma pandemiya hər şeyi korladı.

Məhərrəmzadə qeyd edib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında ölkəmizə 330 min turizm gəlib. Pandemiyayaqədərki dövrlə heç müqayisə etmək də mümkün deyil, amma əsas odur ki, həvəs var, meyl var, onu gücləndirmək və şərait yaratmaq lazımdır: “Ölkəyə səfər edənlərin 72,3 faizi quru sərhədlərimizin olduğu ölkələrin payına düşüb. İnsanlar adətən qonşu ölkəyə təyyarə ilə getmək istəmirlər. Deməli, əgər quru sərhədlərimiz açılsa, təkcə elə qonşu ölkələrdən gələnlərin hesabına rəqəmi bir neçə dəfə artır bilərik.

Hazırda dünya ölkələri bir-birinin ardınca sərhəddən keçmək üçün COVİD məhdudiyyətlərini ləğv edirlər. Son iki ayda Macarıstan, Rumıniya, Monteneqro, İsveç, Çexiya, Vyetnam, Tayland, Albaniya, Bolqarıstan, Ermənistan, Yunanıstan, Qırğızıstan, Litva, Xorvatiya, Serbiya, Avstriya, Oman... bu addımı atıblar. Hər həftə siyahı böyüyə-böyüyə gedir. Kim qabağa düşsə, 2002-ci ilin turizm piroqundan daha çox pay qopara biləcək. Yaxşı, biz nəyi gözləyirik? Nədən qorxuruq?!”

İqtisadçı xatırladıb ki, əhalinin 30%-i artıq vaksinin buster dozasını vurdurub. 782 min insan yoluxub və sağalıb. Gündəlik yoluxma sayı təkrəqəmli ədədlə ifadə olunur. Pandemik vəziyyətdə narahatlıq doğuran heç nə yoxdur. İki il yarıma artıq kütləvi immunitet yaranmaya bilməz. “Hal bu ikən, ölkənin iqtisadiyyatının neftdən sonra ən çox valyuta gətirən sektorunun dirçəlişinin qarşısını almağa dəyərmi? Pandemiyadan öncə turizmin illik gəliri 2.7 milyard dollara çatmışdı. Biz hansı məntiqlə bu qədər valyutadan imtina edirik?”,- o sual verib.

Professor əmindir ki, müəyyən ehtiyat tədbirlərini gözləməklə quru sərhədlərini açmağın vaxtıdır: “Bu gün heç də tez deyil, amma sabah gec ola bilər. Məsələn, elə günü sabahdan buster doza vurdurmuş şəxsləri maneəsiz ölkəyə buraxa bilərik. Yaxud, sərhəd-keçid məntəqələrində turistləri PCR-testdən keçirib, “xoş gəldin” demək mümkündür. İşi ehtyatlı tutmaq istəsək, lap pandemik vəziyyətin xoşagəlməz olduğu bəzi ölkələri (belələri çox azdır) selektiv qaydada istisna etmək də olar. Amma indiki kimi quru sərhədini ümumən bağlı saxlamaq çox ağılsız siyasətdir. İlk növbədə qonşu ölkələrin üzünə qapıları dərhal açmaq vaxtıdır.

Başa düşmək lazımdır ki, burada hər şey öz əlimizdədir: Sabah yoluxma sayı artsa, qapıları yenidən bağlamaq da mümkündür. Amma hansısa zəif ehtimala görə vacib bir sektoru çökdürmək olmaz. Xüsusilə də indiki vaxtda: inflyasiyanın əhalinin cibinə girdiyi, sosial vəziyyətin mənfiyə doğru dəyişdiyi dövrdə turizm on minlərlə insan üçün çıxış yolu ola bilər.

2021-ci ildə ölkəmizə təxminən 792 min turizm gəlmişdi. 2019-cu ildəki 3,2 milyon hara, 792 min hara. Vəziyyət indiki kimi qalsa, bu il turistlərin sayı milyonu zorla keçəcək. Amma belə olmamalıdır. Quru sərhədləri vaxtında açılsa, bu il 2 milyona yaxın turistin gəlməsi tamamilə realdır. Hazırda sərhədlərin bağlı qalması geniş mənada onları açmaqdan daha böyük riskdir. Hökumət bütün bu ehtimalları və riskləri düzgün hesablamalıdır. Əgər quru yerdə qalmaq istəmiriksə, quru sərhədləri mütləq açmaq lazımdır”. //azvision.az//

Son xəbərlər

DSX-nin daha bir əsgəri vəfat etdi

İranda 88 gündən sonra internet qismən bərpa olundu

Göyçayda 3 avtomobil toqquşub, yeniyetmə qız ölüb

Zelenski Rusiya ilə müharibənin bu ilin noyabrınadək davam edəcəyini açıqlayıb

Beynəlxalq axtarışda olan türk vətəndaşı Bakıya gətirilir

Elnur Məmmədov: Azərbaycan Ekvadorun Mərkəzi Asiya ölkələrinə ixracı üçün logistik hab olmağa hazırdır

Kanada viza müraciətlərinə məhdudiyyət qoydu

Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək

Livanda 24 saat ərzində 150 hədəf vurulub - İsrail açıqladı

Kaja Kallas: "Aİ vətəndaşlarının təxliyəsinə kömək etdiyinə görə Azərbaycana minnətdarıq."

Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında işçi görüşü keçirilib

İspaniyada şok yaradan əməliyyat: Polis Baş nazir Sançezin partiyasına basqın etdi.

Xankəndi məhkəməsinə yeni sədr təyin edildi

Bu rayonlarda investisiya potensialı və biznes fürsətləri" mövzusunda işgüzar görüş keçirilib/FOTO

Bakıda məşhur bazar bağlandı – “Binə” və “Sədərək” isə…

Hotel işçilərinə qarşı quldurluq edən şəxs saxlanıldı

İsrail Qəzzaya endirilən zərbələr nəticəsində HƏMAS-ın hərbi qanadının rəhbərinin öldürüldüyünü iddia edir

Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər

“Kəpəz” daha bir futbolçu ilə müqaviləni yeniləyib

Narkotikin təsiri altında maşın sürən şəxs həbs olundu

Bələdiyyə sədrinə silahlı hücum edilib- 6 nəfər həbs olundu

İsrailli nazir: “Trampa İranla müqavilə imzalamağa imkan verməyəcəyik”

Bakıda hava tamamilə alt-üst olur – Güclü külək və temperatur enişi gəlir

Azərbaycanda bayram namazı qılındı

Özbəkistan 20 milyon sərnişin üçün yeni hava limanı və aviasiya infrastrukturunun genişləndirilməsini planlaşdırır

Rusiya zərbələri nəticəsində Ukraynanın 3 vilayətində 1 nəfər ölüb, 25 nəfər yaralanıb

Avropa Şurası bu dəfə Azərbaycanı alqışladı

Hacıqabulda oğurluq edən iki nəfər həbs olundu

Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Bütün xəbərlər