İsti hava nə vaxta qədər davam edəcək?

Bu ilin may ayı ölkə ərazisində hava-iqlim dəyişkənliyi ilə daha çox fərqləndi. İsti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə müdaxiləsi nəticəsində hava şəraiti qeyri-sabit, yağıntılı oldu, dağlıq ərazilərdə qar yağıb.

"dogruxeber.tv"ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, may ayı ərzində temperatur 14 gün iqlim normasından 4.5 dərəcəyədək yüksək, 15 gün iqlim normasından 3 dərəcəyədək aşağı, yalnız 2 gün isə norma daxilində olub.

“Temperatur amplitudası isə 22 dərəcədən artıq olub. Ən minimal temperatur mayın 13-də 10.3 dərəcə isti, ən yüksək temperatur isə mayın 31-də 32.5 dərəcə isti qeydə alınıb. Ayrı-ayrı günlərdə ildırım-dolu prosesi baş verib, 17 dəfə dolu yağıb. Müqayisə üçün 2000-ci ilədək ildə cəmi 4-5 sel hadisəsi qeydə alınırdısa, bu ilin yalnız may ayında leysan xarakterli intensiv yağıntılar nəticəsində sel-daşqın hadisəsi 18 dəfə baş verib”.

Xidmət rəisinin sözlərinə görə, mayın 31-də saat 12:00 radələrindən Göygöldə yerləşən Dopler radar vasitəsi ilə sayılı saatlar ərzində ölkənin qərbində lokal ərazini əhatə edən bulud sisteminin yaranması izlənməyə başladı, saat 14:00-15:15 radələrində isə yağan leysan yağış nəticəsində Gədəbəy rayonu Çalburun kəndindən sel keçdi. Bu cür hadisələr son zamanlar gözlənilmədən baş verir və onları yalnız bir-neçə saat öncədən yeni texnologiyaların tətbiqi ilə izləmək mümkün olur.

“Digər illərdən fərqli olaraq yağıntılı günlərin sayı daha çox olub, yağıntılar ölkə ərazisində qeyri-bərabər paylanıb, bəzi yerlərdə isə normadan çox olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında aylıq normanın 126-190, Daşkəsəndə 119, Altıağacda 149, Zaqatalada 161, Qubada 172, Şəkidə 191, Qobustanda 194, Balakəndə 201, Şamaxıda 212, Qəbələdə 221, Oğuzda 249, Hacıqabulda 102, İmişlidə 122, Bərdədə 144, Yevlaxda 159, Kürdəmirdə 179, Lənkəranda 127, Lerikdə 206 faizini təşkil edib. Qar örtüyünün hündürlüyü Şahdağda 45 sm, Qrızda 15 sm, Xınalıqda 14 sm olub, hava şəraiti küləkli keçib, küləyin sürəti 20 gün 15 m/s-dən çox olub”.

Umayra Tağıyeva qeyd edib ki, iyun ayı ilin ən uzun günləri ilə fərqlənir. Bununla bərabər havanın hərarəti də tədricən yüksəlir və adətən may ayına nisbətən 4-5 dərəcə yüksək olur.

“Son 21 il ərzində ən isti iyun 2019-cu ildə müşahidə edilib. Bakıda havanın orta aylıq temperaturu 27 dərəcə isti təşkil edib ki, bu da iqlim normasından 4 dərəcə yüksəkdir. 2020-ci il iyunun 3-də Bakıda havanın temperaturu 40.4 dərəcə, 2021-ci il iyunun 26-da 41.2 dərəcə isti olub ki, bununla da, mütləq maksimum temperatur təzələnib. Son 21 il ərzində isə ən sərin iyun 2003-cü ildə müşahidə edilib, iyunun 6-da minimal temperatur Bakıda cəmi 12.6 dərəcə isti olub.
Ümumilikdə son 21 il ərzində iyun ayında 16 il havanın aylıq temperaturu iqlim normasından 4 dərəcəyədək yüksək, 5 il isə normadan 1.5 dərəcəyədək aşağı olub. İqlimin istiləşməsini bütün fəsillərdə müşahidə edirik”.

Xidmət rəisi hazırda havanın temperaturunun iqlim normasından 4 dərəcəyədək yüksək olduğunu və mülayim isti hava şəraitinin həftənin sonunadək davam edəcəyini bildirib.

Son xəbərlər

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

Bütün xəbərlər