Qurbanlıq heyvanların satış ünvanları açıqlanıb - SİYAHI

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ərəfəsində bu sahədə fəaliyyət göstərən şəxsləri dini ayinlərlə yanaşı, heyvan kəsimini və satışını müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə çağırıb.

AQTA-dan "dogruxeber.tv"a verilən məlumata görə, adi günlərlə müqayisədə bayram günlərində daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyini nəzərə alaraq, AQTA aidiyyəti dövlət orqanları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirəcək. Bununla əlaqədar bildirilir ki, heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməli, sanitariya-gigiyena tələblərinə uyğun olmayan küçə, yol kənarı, məhəllə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıq şəhadətnaməsi olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir.

Bu il 9-10 iyul tarixlərində qeyd olunacaq Qurban bayramı günlərində əvvəlki illərdə olduğu kimi qurbanlıq heyvan kəsimi və satışı xidmətləri müvafiq qurumlarla birlikdə əvvəlcədən müəyyənləşdirilmiş ünvanlarda təşkil ediləcəkdir. Bu satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblərə uyğun kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Bununla yanaşı, regionlarda AQTA ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı nəzərdə tutulur.

Qeyd edək ki, kəsim yalnız əvvəlcədən təyin olunmuş heyvan kəsimi məntəqələrində, qurbanlıq heyvanların cəmdəklərinin satışı isə satış şəbəkələrində həyata keçiriləcək.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində fəaliyyət göstərən satış şəbəkələrinə müraciət edərək bildirir ki, soyuducu avadanlıqlarla kifayət qədər təchiz olunmuş, xidmət göstərdiyi ərazidə yaşayan əhaliyə qurbanlıq heyvan sifarişini baytarlıq-sanitariya, sanitariya-gigiyena qaydalarına uyğun təmin etmək üçün müvafiq infrastruktura malik satış məntəqələri əhalidən sifariş qəbul edə və Qurban bayramında əhalinin sağlam, təhlükəsiz qurbanlıq ətlə (heyvan cəmdəyi ilə) təmin olunmasında iştirak edə bilər. Bunun üçün müvafiq imkanlara malik sahibkarlıq subyektlərinin əvvəlcədən Agentliyin ərazi vahidləri üzrə aşağıda qeyd olunan regional bölmələrinə müraciət etməsi xahiş olunur.

Müraciət edən satış məntəqələrinin aşağıda göstərilənləri nəzərə alması zəruridir:

Sifarişi götürülən heyvanların kəsimi yalnız qeydiyyatdan keçmiş kəsim məntəqələrində həyata keçirilməlidir. Bu satış şəbəkələrində diri heyvanların satışı və kəsiminin həyata keçirilməsi qətiyyən yolverilməzdir. Həmin satış məntəqələrində mövcud soyuducu kameraların imkanlarından artıq sifarişlər qəbul olunmamalı, eyni zamanda soyuq qida zəncirinin tələblərinə əməl edilməlidir.

Bakı şəhəri üzrə Agentliyin Bakı regional bölməsi;

Sumqayıt şəhəri, Abşeron və Qobustan rayonları üzrə Agentliyin Sumqayıt regional bölməsi;

Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonları üzrə Agentliyin Xaçmaz regional bölməsi;

Şamaxı, Göyçay, Ağsu, Kürdəmir, İsmayıllı rayonları üzrə Agentliyin Şamaxı regional bölməsi;

Şirvan şəhəri, Salyan, Sabirabad, Saatlı, Hacıqabul, Neftçala rayonları üzrə Agentliyin Salyan regional bölməsi;

Lənkəran şəhəri, Masallı, Yardımlı, Astara, Lerik, Cəlilabad, Biləsuvar rayonları üzrə Agentliyin Lənkəran regional bölməsi;

Mingəçevir və Yevlax şəhərləri, Bərdə, Ağdaş, Tərtər, Ağdam rayonları üzrə Agentliyin Bərdə regional bölməsi;

Şəki şəhəri, Qax, Zaqatala, Baləkən, Oğuz, Qəbələ rayonları üzrə Agentliyin Şəki regional bölməsi;

Gəncə və Naftalan şəhərləri, Samux, Göygöl, Goranboy, Daşkəsən rayonları üzrə Agentliyin Gəncə regional bölməsi;

Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy rayonları üzrə Agentliyin Tovuz regional bölməsi;

Ucar, Ağcabədi, Beyləqan, İmişli, Zərdab, Füzuli rayonları üzrə Agentliyin Ucar regional bölməsi.

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər