gundem / dunya
29.06.2022, 13:30
Moskvada güclü yanğın
Rusiyanın paytaxtı Moskva şəhərinin Kaşirskoye şossesində anqarda güclü yanğın baş verib.
dogruxeber.tv xəbər verir ki, yanğının sahəsi 2 min kvadratmetrə çatıb.
FHN-dən bildirilib ki, anqarların yanğın yükünün çox olması yanğının söndürülməsi əməliyyatını çətinləşdirir. Yanğına ikinci mürəkkəblik dərəcəsi verilib. Yanğının söndürülməsinə helikopter cəlb olunub.



