Ağdamın `ağıllı` icra başçısı... - BELƏ HARA GEDİRİK?

dogruxeber.tv: - : - Adını soyadını soruşmuruq. Vəzifən də hamıya bəllidir. Tərcümeyi-halında çox şey yazılıb. Tarix fakültəsini bitirməyin də, sonra 45 yaşında “AZİ”-nin Faydalı qazıntı yataqları fakültəsini bitirməyin də, Neft daşlarında elektrik çilingəri işləməyin də, sonra “partkom” olmağın da, Qaradağ RİH-də, Xəzər RİH-də müavin, 1-ci müavin olmağın da və Ağdamın icra başçısı olmağın da yazılıb.
Yuxarıda yazdıq ki, tərcümeyi-halında çox şey yazılıb, amma hər şey yox.

Sənin kimliyin, nəçiliyin barədə indi Gundelik-Bakı olaraq biz yazmaq, səni cəmiyyətə tanıtmaq istəyirik.
Yazmaq istəyirik ki, şəhidlərin qanı qurumadan içkili və maskasız vəziyyətdə doğulduğun Əliağalı kəndinə getməyin barədə ölkə mediası yazdı, videonu göstərdi.

Bu barədə nə təkzib verdin, nə də bir söz dedin. Heç göz yaşları qurumayan şəhid analarından utanıb ayıb etmədinmi ?
Bəs ölkə səviyyəsində karantin qaydalarını niyə pozub, heç nəyi saymazyana Ağdama turist kimi getmişdin.
Axı, sən özün ağdamlısan, özün də o boyda rayonun icra başçısısan.

İşğaldan yenicə azad olunmuş o müqəddəs torpaqlara içkili vəziyyətdə getmək təkcə şəhid ailələrinə deyil, həm də ölkə rəhbərliyinə hörmətsizlikdir.
Yaxşı bunları sənin vicdanına yazaq.
Bəs şəhidin qardaşını niyə işdən çıxardın ?

Axı, bu ailənin üzvünün bu torpaqda işləməyə və yaşamağa sənin kimi məmurlardan daha çox mənəvi haqqı var.
Əsgər ailəsini “Səni içəri soxduracam” deyib hədələyirsən. Vaqif Həsənov, sən doğrudanmı, bu dərəcədə həddini aşmısan ?
Yəni sənin kimi bəzi məmurlar üçün heç bir müqəddəs dəyər yoxdur ?
Bəlkə, 5000 manat rüşvət alarkən yayılmış səs yazısından danışaq.

Bəlkə təzədən yadına salaq ki, həmin səs yazısında 2011-2013-cü illərdə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini, 2013-2018-ci illərdə isə Bakı şəhəri Xəzər Rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifələrində işləmiş Vaqif Həsənov vətəndaşa icra hakimiyyəti tərəfindən torpaq ayrılması və ev tikmək üçün icazənin verilməsi sənədi üçün əvvəlcədən 5000 manat rüşvət alır. Səs yazısında vətəndaş “Mersedes” markalı avtomobilini sataraq hələlik pulun 5 min manatını gətirdiyini və yerdə qalanını isə bankdan kredit götürərək gətirib verəcəyini açıq şəkildə deyir. Başçı müavini Vaqif Həsənov isə rüşvət aldığı vətəndaşa narahat olmamağı və ömürlük sənəd verəcəyi vədini verir.
Yadına düşdümü, Vaqif Həsənov ?

Bu yaxınlarda bir dostuna demisən ki, köhnə səs yazısıdır, onda icra başçısı deyildim.
Əcəb məntiqdir, cənab Həsənov. Məgər 3-5 il əvvəl etdiyin əməllər unudulur ?
Məgər məmur, fərqi yoxdur, icra başçısıdır, yoxsa müavin, 5 il əvvəl aldığı rüşvətə görə, məsuliyyət daşımır ?
Bəlkə, sabiq nazir Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədovla sənin oğlunun birgə həbs olunmasını yadına salaq ? Niyə həbs olunmuşdular ?
Daha nələri yadına salaq ki, bəlkə yuxudan oyanasan.
Bəlkə, Maliyyə Nazirliyinin Ağdamda apardığı sonuncu yoxlamanı xatırladaq.
Ayyarımlıq yoxlama Ağdam rayonunda dəhşətli faktlar ortya çıxardı. Amma yenə sən sudan quru çıxa bildin.
Yoxlamanın nəticələrinin yaxın zamanda müzakirə olunması xəbəri səni yaman narahat edib.
Cənab Həsənov ! Həyat yoldaşın Sədaqət Həsənova Ağdamda bircə dəfə də olmadığı halda rayon Təhsil Şöbəsini onun “kuratsiyasına” vermisən.
Hansı ki, Sədaqət Həsənova Bakıda qeydiyyatda olduğu, Neftçilər prospekti ev 5 ünvanında yerləşən mülkdə yaşayır. Yeri gəlmişkən bu mülk Həsənovların çoxsaylı sərvətinin kiçik bir hissəsidir.
Onu da qeyd edək ki, Vaqif Həsənovun oğlu Vasif Həsənli Qarabağ döyüşlərində iştirak etməyib.
Biz hamıdan qəhrəmanlıq, şücaət gözləyəcək dərəcədə sadəlövh deyilik, cənab Vaqif Həsənov.
Sən də barı o torpaqlar uğrunda canından keçən şəhidlərin ruhuna hörmətlə yanaş də.
İndi isə keçək, icra başçısı Vaqif Həsənovun lap son əməllərinə.
Deməli, Vətən Müharibəsinin qəhrəman şəhidlərindən biri də İmişlidə anadan olan, amma əslən Ağdamlı olan kapitan Əsəd Həsənovdur.
Şəhid kapitanın 2 övladı yadigar qalıb.
Heç kimə sirr deyil ki, şəhid ailələri üçün maddi dəstək öz yerində, əsas mənəvi təsəllidir. Yəni şəhidlərin xatirsəinin əbədiləşdirilməsi.
Bəli, şəhid kapitanın da atası oğlunun şəhid olduğu ərazidə onun xatirsəni əbədiləşdirmək üçün bulaq və ya xatirə lövhəsi ucaltmaq istəyib. Və bunun üçün yerin sahibi olan kənd sakinindən xahiş edib.
Kənd sakini bildirib ki, mənim torpağım Əsədə qurbandır, Əsəd mənim vətənimi mənə qaytarıb.
Sonra məsələ gəlib çıxıb Ağdam İcra hakimiyyətinə.
Ağdamın icra başçısı Vaqif Həsənov şəhid atasını get-gələ salaraq gözləməyi bildirib, sonra sözünə əməl etməyib. Və nəhayət...
Vaqif Həsənov şəhid kapitanın atasına deyib ki, Əsəd Ağdamda deyil, İmişlidə doğulub, gedin ona orada bulaq tikin...
Ey Vaqif Həsənov !
Özün torpaq uğrunda döyüşməmisən, oğlun döyüşməyib.
Ona görə də sənə çatmır ki, şəhid Ağdamlı, Ağdaşlı, yaxud Qubadlı, Qubalı olmur. Şəhid Azərbaycan övladıdır, onun bu torpağın hər qarışında abidəsi ola bilər. //gundelik-baku.com//

Oxunub: 495

Son xəbərlər

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər

Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşdü

"Atletiko" - "Arsenal" oyunu təxirə salına bilər

Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb

SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb

Trampla Putin telefonla danışdı

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Bütün xəbərlər