Pandemiya yenidən qayıdır... ölkə sərt karantinə keçəcək... - AÇIQLAMA

dogruxeber.tv: - 2022-ci ildə dünyada ilk dəfə olaraq koronavirusa yoluxma hallarında artım qeydə alınıb. İyun ayında qlobal miqyasda koronavirus xəstələrinin sayı 17 milyon nəfər artıb ki, bu da may ayı ilə müqayisədə təxminən 15 faiz çoxdur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, bu tendensiya 2022-ci ilin yanvarından bəri ilk dəfə qeydə alınıb.

Yoluxma Avropada və Asiyada da artır. Eyni zamanda, ölüm nisbəti azalır. İyun ayında dünyada təxminən 41 min insan koronavirusun təsirindən dünyasını dəyişib ki, bu da may ayı ilə müqayisədə üç dəfə azdır.

Bizim qonşu Gürcüstanda da COVID-19-a yoluxanların sayı artıb və rəsmi Tbilisi yenidən müəyyən qapanmalara getmək niyyətindədir.

Bu arada, qızdırma, baş ağrısı, əzələ ağrıları, limfa düyünlərinin şişməsi və yorğunluq hissi ilə başlayan meymunçiçəyi virusu da çoxalmağa başlayıb. Əsasən uşaqların xəstəliyi kimi tanınan bu virus artıq qardaş Türkiyəyə də çatıb. İddialara görə, meymunçiçəyi öldürücü təsirə malik deyil və 40 yaşından yuxarı insanları yoluxdurmur. Dia.az-ın məlumatına görə, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, professor Kamilə Əliyeva AYNA-ya açıqlamasında deyib ki, koronavirus pandemiyası bitməyib və payız aylarında yoluxma sayı artacaq: “Artıq üçüncü ilə keçir ki, dünya gözəgörünməz bir düşmənlə - COVID-19 bəlası ilə üz-üzə qalıb. 2021-ci ilin sonuna qədər dünyada milyonlarla, Azərbaycanda isə onminlərlə insan bu xəstəliyin qurbanı olub. Dünyasını dəyişənlərin arasında doğmalarımız da var və hər birimiz bu faciəni öz həyatımızda hiss etmişik. İlin əvvəlindən yoluxma sayı azalsa da, bu bəla bitməyib və payız aylarında daha yoluxmanın artmasına hazır olmalıyıq”.

“Çünki sentyabr ayından etibarən respirator xəstəliklər artır və immun sistemi zəifləməyə başlayır. Eyni zamanda dünya miqyasında yoluxma artır. Bütün bunları əsas götürərək söyləmək olar ki, COVID infeksiyası yenidən qapımızı döyəcək. Bu baxımdan hər birimiz hazırlıqlı olmaqlı, virusa dırnaqarası baxmaq vərdişindən imtina etməliyik”, - deyə deputat bildirib.

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan hökumətinin həyata keçirdiyi mübarizə tədbirləri virusun daha çox yayılmasının qarşısını alıb: “Təsəvvür edin ki, koronavirusa qarşı vaksinasiya prosesi o qədər sürətlə aparıldı ki, qısa müddət ərzində əksər soydaşlarımız peyvənd olundu. Məhz bu vaksinasiya xəstəliyin fəsadlarını azaltmaqla yanaşı, nəticə etibarilə kütləvi immunitetin formalaşmasına gətirib çıxardı. Bu gün də vaksinasiya davam etdirilir. Şəxsi məsuliyyət hissini unutmasaq, hamılıqla peyvənd olunsaq, virusun amansız təsirlərindən qorunmuş olarıq. Yalnız bu yolla bu infeksiyanın ölkəmizdə ayaq açmasına mane ola bilərik”.

“Nəzərə almaq lazımdır ki, yaşlı və yanaşı xəstəlikləri olan insanlar xüsusi risk qrupuna daxildirlər və heç olmasa, onların sağlamlığı naminə tələb olunan qaydalara riayət etməliyik. Eyni zamanda şərait yaratmamalıyıq ki, virusun kütləvi yayılması ilə yenidən sərt qapanmalara gedilsin. Bu halda ölkə iqtisadiyyatı bundan təsirlənəcək ki, bu da hər birimizin həyatında özünü göstərəcək”, - deyə Əliyeva söyləyib.

Əlavə edib ki, son zamanlar yayılan meymunçiçəyi infeksiyası digər viruslardan da sığortalanmadığımızı deməyə əsas verir: “Düzdür, bu infeksiya koronavirus qədər təhlükəli deyil. Lakin heç kim zəmanət vermir ki, sabah daha amansız virus və ya COVID ştamları yayılmayacaq. Bu səbəbdən hazırlıqlı olmalı, payız fəsli öncəsi immun sistemimizin qayğısına qalmalıyıq”. Dia.az-ın məlumatına görə, tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı AYNA-ya deyib ki, karantin qaydaları yenidən sərtləşdirilə bilər: “Koronavirus çox ciddi və təhlükəli pandemiyadır. Baxmayaraq ki, son aylar virusa yoluxma sayı azalıb və karantin məhdudiyyətləri aradan qalxıb, amma bu, o demək deyil ki, COVID infeksiyası başa çatıb. Koronavirus başa çatmayıb və görünən odur ki, hələ uzun müddət davam edəcək”.

“Yoluxma sayının artım dinamikasına nəzər yetirsək, görərik ki, mövcud durum karantin məhdudiyyətləri tətbiq edilən dövrdəki vəziyyətə adekvatdır. Yəni, iyul ayında onsuz da bundan artıq yoluxma olmurdu. Bütün bunlar onu söyləməyə əsas verir ki, payız aylarında daha ciddi yoluxmalara hazır olmalıyıq”, - deyə müsahibimiz vurğulayıb.

Profesorun dediyinə görə, Azərbaycanda digər ölkələrlə müqayisədə koronavirusa qarşı kütləvi immunitet daha yüksəkdir: “Çünki bəzi dövlətlərdə peyvənd prosesi aşağı səviyyədə aparıldı. Bəziləri isə kifayət qədər böyükdür və bu səbəbdən vaksinasiya bütün ölkəni əhatə etmədi. Bu baxımdan onlarda kütləvi immunitet zəifdir. Azərbaycanda isə vaksinasiya prosesi sürətlə aparıldı və əhalinin əksər hissəsini əhatə etdi. Eyni zamanda həm vaksinasiya olunanlar, həm də olunmayanlar arasında virusa yoluxanların sayı az deyil. Bu da immuniteti artıran faktor rolunda çıxış edir”.

“Lakin bütün bunlara baxmayaraq, arxayınlaşmamalı, zəruri tədbirləri həyata keçirməliyik. Soydaşlarımızı hər altı aydan bir vaksinasiya olunmağa dəvət edirəm. Yalnız bu yolla virusun öldürücü və amansız təsirlərindən qorunmuş olarıq”, - deyə həkim diqqətə çatdırıb.

Meymunçiçəyinə gəldikdə, Qeybulla bununla əlaqədar pandemiya elan olunmadığını, bu infeksiyanın COVID-ə nisbətən yüngül əlamətlərlə ötüşdüyünü qeyd edib: “42 yaşdan yuxarı insanlar bu infeksiyaya yoluxmurlar. Yoluxsalar belə, bunu çox yüngül keçirirlər. Əsasən uşaqlar bu virusdan əziyyət çəkirlər. Ödürücü təsiri isə kifayət qədər azdır. Lakin arxayınlaşmaq da olmaz. Çünki hər bir orqanizm fərdidir və xəstəliklərə reaksiyası spesifikdir”.

Son xəbərlər

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

Türkiyə parlamentində ilk - Deputatlar evləndi

Ceyhun Bayramov Polşaya getdi

Bu şirkətlər əlindən cana doyan sakinlər çarəsiz qalıb+Video

ABB-də problem: müştərilərin hesabları silindi

Fransada Ebolaya ilk yoluxma qeydə alındı

Aşura mərasimlərinə uşaqların aparılması doğrudurmu?

İran ABŞ və İsraili beynəlxalq məhkəməyə verəcək

Bütün xəbərlər