Azərbaycan dünyanı bürüyən böhrandan "sağ" çıxa biləcəkmi? - AKTUAL

"dogruxeber.tv" bildirir ki, Dünya birinci enerji böhranının ortasındadır. 1970-ci illərdə də iqtisadiyyat və inflyasiya üçün böyük nəticələr verən qlobal neft böhranı yaranmışdı. Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birolun sözlərinə görə, ancaq o, neft böhranı idi.

“Rusiya dünyanın bir nömrəli neft ixracatçısı və dünyanın bir nömrəli qaz ixracatçısı, həmçinin enerji materialları bazarında əsas oyunçudur",- deyə o bildirib. Birolun sözlərinə görə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və Kremlin əks tədbirləri enerji bazarı üçün böyük nəticələrə səbəb olacaq. O, qeyd edib ki, növbəti bir neçə il asan olmayacaq, çətinlikləri dəf etməyə hazırlaşmaq lazımdır.

Bəs enerji böhranı Azərbaycana necə təsir edəcək? Azərbaycan bu sınaqdan çıxa biləcəkmi?
İqtisadçı deputat Vüqar Bayramov Bizimyol.info xəbər portalına açıqlamasında bildirb ki, enerji böhranı daha çox enerji məhsullarını istehlak edən ölkələrdə, enerji tələb edilməsi ilə bağlı böhranın yaranması anlamına gəlir.

“Azərbaycan enerji məhsulları istehsal və ixrac edən ölkədir. Bu baxımdan təbii ki, enerji böhranı yarandığı halda Azərbaycanda enerji məhsullarının istehlakına xüsusi təsir göstərməyəcək. Əksinə, Azərbaycanın istehsal və ixrac ettiyi enerji məhsulları, xüsusən də, mavi qaza tələbin daha da artmasına gətirib çıxaracaq”,- deyən deputat bildirib ki, bazarda təbii ki, qiymətlər dəyişir. Azərbaycan üçün enerji məhsullarının qiymətinin stabil olması və xüsusən də daha stabil səviyyədə dəyişməsi daha önəmlidir.

Onun sözlərinə görə, neft istehlak edən, həmçinin neft istehsal və ixrac edən ölkələr üçün qiymətin 80-100 dollar arasında dəyişməsi daha stabil valyuta gəlirləri baxımından daha məqbul qiymət hesab olunur. Buna görə də, təbii ki, Azərbaycan praktik olaraq global bazar iqtisadiyyatında stabilliyin yaranmasında və qorunub saxlanmasında maraqlı olan ölkələrdəndir.

Deputat hesab edir ki, amma enerji böhranı daha sonra istehlakçı ölkələrə, xüsusən də Avropa ittifaqına təsir göstərəcək: “Artıq belə təsirlər var. Çünki Rusya-Ukrayna müharibəsinə görə Avropa Rusyadan aldığı enerji məsullarının həcmini azaltmağa çalışır. Bu da təbii ki, nəticə etibarı ilə istehlakçının bütünlükdə enerji tələbatına xüsusi təsir göstərir”.

Xatırladaq ki, Azərbaycan Rusiya-Ukrayna münaqişəsi fonunda bir çox ölkələr üçün qaz təchizatı sahəsində alternativ olmağa hazırlaşır. Bir müddət əvvəl İsveçrə Qaz Sənayesi Assosiasiyasının nümayəndəsi Tomas Heqqlin bildirib ki, Rusiya qazının Avropaya nəqlində fasilələr yaranarsa, İsveçrə də öz istehlakını azaltmaq məcburiyyətində qalacaq. İsveçrə üçün ən mühüm alternativlərdən biri isə Azərbaycan qazıdır.

Oxunub: 373

Son xəbərlər

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Bütün xəbərlər