"Azərbaycan ordusu Laçının Zabux və Sus kəndlərinə də daxil ola bilib. Ancaq..." - GƏLİŞMƏ

dogruxeber.tv: - Məlum olduğu kimi, 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasına əsasən Laçın rayonunun mərkəzi və 6 iri kəndi daxil olmaqla "dəhliz adlanan ərazisi" müvəqqəti(!) olaraq Rusiyanın "sülhməramlı" kontingentinin nəzarətinə verilib. Azərbaycanın hərbi və ya mülki karvanları həmin kəndlərin ərazisində yalnız Rusiya hərbçilərinin müşayiəti ilə, özü də dövlət bayrağımızı qaldırmadan hərəkət edir.

Bəhs edilən razılaşmadan sonra haylar yalnız bu ərazidəki üç məntəqədə tam qanunsuz olaraq yaşayırdı: Laçın şəhəri, Zabux və Sus kəndləri. Lakin son aylar, bu yaxınlarda Ermənistan baş naziri N.Paşinyanın da etiraf etdiyi kimi, Sus kəndində heç bir erməni qalmayıb. Buna rəğmən son günlərədək Azərbaycan ordusunun həmin kəndin ərazisindən hərəkəti qeydə alınmamışdı.

Moderator.az-ın araşdırmasından bəlli olur ki, iyulun 1-i və 10-u tarixlərində Rusiya Müdafiə Nazirliyinin saytının "sülhməramlı"lara aid bölməsində ilk dəfə olaraq Azərbaycan ordusunun avtomobil karvanının Sus kəndi ərazisinə də gedişi qeyd olunub.

Artıq bir neçə ay əvvəldən ərazidəki tikinti işləri üçün müəyyən infrastruktur materialları və s. daşınmasıyla bağlı ordumuzun maşın kalonlarının Zabux kəndinə hərəkəti qeyd edilsə də, Sus kəndinin adı Rusiya hərbçilərinin müşayiət marşrutu kimi ilk dəfə çəkilir.

Beləliklə, Azərbaycan ordusunun "Laçın dəhlizi" adlanan ərazidə fəaliyyət dairəsi bir az da genişlənib. Bu da bir uğurdur... Ancaq unutmayaq ki, ordumuz Zabux və Sus kəndlərinə də yalnız Rusiya hərbçilərinin müşayiəti ilə gedə bilir. Laçın şəhərinə olduğu kimi...

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər