“Azadlıq” radiosunun Laçın yalanı... – Rusiya MN-kindən çox da fərqlənmir...

dogruxeber.tv: - Xəbər verdiyimiz kimi, ABŞ-ın “Azadlıq” radiosunun erməni redaksiyası Azərbaycanın hazırda Rusiya hərbçilərinin nəzarətində olan Laçın rayonundan reportaj hazırlayıb.

Moderator.az əməkdaşı reportajın bəzi məqamlarının Azərbaycan dövlətinin milli mənafelərinə uyğun olmayan bəzi məqamlara aydınlıq gətirib.

Sözügedən reportajda həftədə üç dəfə şəhərin içərisindən Azərbaycanın müşayiət olunan avtomobil kolonu keçdiyi və ermənilərin həmin günlərə "Türklərin günü" dedikləri vurğulanır.
Bəhs edilən günlərdə evdən çıxmamağa çalışan erməni qadınların dili ilə guya Azərbaycan hərbçilərinin onları söydüyü, üzərlərinə maşın sürdüyü və s. kimi böhtanlar söylənilməklə Azərbaycan türklərinin vəhşi obrazı yaradılmağa çalışılır...

Halbuki, yaxşı məlumdur ki, Azərbaycan ordusunun maşın karvanları Laçın rayonunun humanitar dəhlizə aid olan kəndlərindən və Laçın şəhərindən yalnız Rusiya hərbçilərinin müşayiəti ilə keçir, bu halda maşınların üzərindəki Azərbaycan dövlət bayraqları endirilir və onlar müəyyən olunmuş marşrut trayektoriyasından kənara çıxmır...

Doğrudur, reportajda Laçın rayonu və rayonun Zabux və Sus kəndləri ermənilərin qoyduğu adlarla deyil, öz adları ilə göstərilir. Lakin sona yaxın Zabux kəndində 1992-ci ildən bəri qanunsuz məskunlaşmış ermənilərin məktəbinin “biz türklərdən qorxmuruq, onlar bizdən qorxmalıdır” deyən qadın müəllimi söyləyir ki, guya ermənilər buraya, yəni Laçın rayonunun sözügedən kəndinə 1988-ci ildən gəldiyini bildirir və bununla həmin kəndi Ermənistan ərazisi kimi təqdim etməyə çalışır... Amma Azərbaycanın Goranboy rayonunda doğulub Gəncə şəhərində boya-başa çatmış, dilimizdə səlis danışan və bəlkə də 30 ildən çox “Azadlıq” radiosu, eləcə də “BBC”-nin erməni redaksiyalarının müxbiri kimi çalışdığından qondarma Qarabağ münaqişəsinin gedişatını çoxumuzdan yaxşı bilən Aleksey Mamvelyan öz şərhində söylənilən belə saxta məlumatlara təkzib vermir. Yəni bildirmir ki, əvvəla, ermənilər Laçına, o cümlədən Zabux kəndinə 1988-ci ildən yox, 1992-ci ilin mayından, yəni bu rayon mərkəzi və ətraf kəndlərinin Rusiya və Qərbin dəstəyi ilə Ermənistan tərəfindən işğalından sonra qanunsuz olaraq köçüblər. Həmçinin rayon mərkəzində sovet dövründə yaşamış bir neçə erməni istisna olmaqla ermənilər Laçın rayonun digər kəndləri kimi Zabux kəndində də tarix boyu heç vaxt kompakt şəkildə yaşamayıb...

Bu baxımdan ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Azadlıq” radiosunun yalanı 10 noyabr 2020-ci il razılaşmasından bəri öz rəsmi saytında bir neçə dəfə Laçın rayonunu “Dağlıq Qarabağın Laçın rayonu” adlandıran, Laçın şəhəri və “Aqavno” adlandırdığı Zabux kəndində qanunsuz məskunlaşmış erməniləri isə “yerli sakinlər” kimi təqdim edən Rusiya Müdafiə Nazirliyinin yalan və saxtakarlığından çox da fərqlənmir...

Son xəbərlər

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Bütün xəbərlər