Laçınlı polkovnik Laçın dəhlizinin BAĞLANMASINI TƏLƏB ETDİ - Rusiya və Ermənistan bütün razılaşmaları pozur...

DogruXebər.az : - Qarabağda çaxnaşma müşahidə olunur, hamı Laçın dəhlizinin yaxın vaxtlarda bağlanmasından danışır.

Tanınmış erməni jurnalist, Ermənistan Jurnalistlər Birliyinin üzvü Nairi Oxikyan bu barədə sosial şəbəkələrdə yazıb.

Jurnalistin sözlərinə görə, "çaxnaşma böyük sürətlə yayılır". Jurnalist Qarabağ ərazisini tərk etmək istəyən ermənilərdən onlarla müraciət alır. Oxikyan, onları sosial media vasitəsi ilə sakitləşdirməyə çalışır.

Xatırladaq ki, 10 noyabr tarixli Moskva sazişi, Rusiya sülhməramlılarının məsuliyyət bölgəsindəki erməni yaşayış məntəqələrini Ermənistanla birləşdirən alternativ yolun tikintisini nəzərdə tutur. Hazırkı dəhliz Azərbaycanın Laçın rayonundan keçir.

Maraqlıdır, Azərbaycan hansı halda Laçın dəhlizini bağlaya bilər?

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən Laçın alayının keçmiş komandiri, polkovnik Arif Paşa bildirib ki, Azərbaycan Laçın dəhlizini çoxdan bağlamalı idi:
Laçınlı polkovnik Laçın dəhlizinin BAĞLANMASINI TƏLƏB ETDİ - Rusiya və Ermənistan bütün razılaşmaları pozur...

“Ermənilər Zəngəzur dəhlizini bizə vermək istəmir, onlar çalışır ki, bu proses baş tutmasın. Onlar hesab edir ki, Zəngəzur dəhlizini verməyə bilər, amma biz Laçın dəhlizini onlara verməyə borcluyuq. Ermənilər özlərini məğlub yox, həyasızcasına qalib tərəf kimi aparırlar. Sanki 44 günlük müharibədə darmadağın olan tərəf onlar yox, bizik.

Buna səbəb isə Rusiya, Fransa və ABŞ-ın təcavüzkarları himayə etməsidir. Azərbaycan millətinin və ordusunun da səbrinin bir həddi var. Düşünürəm ki, Azərbaycan tezliklə Laçın dəhlizini bağlamalıdır. Orada yaşayan bütün ermənilərə münasibətdə aqressiv hüquqi mövqe tutmalıyıq. Çünki orada hazırda məskunlaşan ermənilər Azərbaycan suverenliyinə qarşı çıxıb. Buna görə də Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan hüququ qarşısında cinayət məsuliyyəti daşıyır”.

Polkovnik qeyd edib ki, bütün beynəlxalq qanunlar bizim tərəfimizdə olduğu üçün Azərbaycan istənilən vaxt Laçın dəhlizinin bağlanmasına qərar verə bilər:

“Qarabağ bütün dünya və BMT tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Bütün beynəlxalq qanunlara görə Azərbaycan Qarabağda sərhədlərinin toxunulmazlığı hüququna malikdir. Azərbaycan konkret olaraq öz şərtlərini ortaya qoymalıdır, Laçın dəhlizində gömrük-sərhəd buraxılış məntəqələri qurmalıdır.

Bütün beynəlxalq hüquqlar bizim xeyrimizədir. Hesab edirəm ki, Azərbaycan iradəsini ortaya qoyaraq, Laçın dəhlizini bağlamalıdır. Əgər Qarabağdakı erməni əhalisi bizim qanunları qəbul edərsə, orada yaşaya bilər, amma qəbul etməsə, onları torpaqlarımızdan çıxartmaq lazımdır”.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər