gundem / hadise / dunya
12.07.2022, 12:00
Belarus Ukrayna ilə sərhəddə təlimlərə başladı
Belarusda ərazi qoşunları ilə komanda-qərargah təlimləri başlayıb. Onların hazırlığı Ukrayna ilə həmsərhəd Qomel vilayətində baş tutacaq.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
"İyulun 12-dən 14-dək Qomel Vilayət İcraiyyə Komitəsinin sədr müavininin rəhbərliyi altında Jlobin rayonunun ərazi qoşunları ilə komanda-qərargah təlimi keçirilir", - məlumatda deyilir.
Məlumata görə, Belarus silahlı qüvvələrinin ölkənin poliqonlarında təlimi ən azı iyulun 16-dək uzadılıb. Ölkə həmçinin Ukrayna ilə sərhədə yaxın uçuşlara qadağanın müddətini də uzadıb.



