Müəssisələrdə baş verən açıq korrupsiya faktlarına Baş Prokurorluq hələ də susur... - NİYƏ?

Az qala iki ildir ki, "dogruxeber.tv" redaksiyası adından mütəmadi olaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğuna müxtəlif mövzularda rəsmi müraciətlər göndəririk. Hamısında da müraciəti göndərdikdən sonra ayrıca, şəxsən zəng edib, mətbuatla əlaqələr şöbəsinin əməkdaşları Kənan bəy və Aynur xanımın diqqətinə xüsusi çatdırırıq. Hətta, bir neçə dəfə yuxarıda adlarını xüsusi qeyd etdiyimiz məsul şəxslərə həmin müraciətləri votsap vasitəsilə də göndərmişik. Onlar da araşdırıb cavab verəcəklərini bildiriblər.

Amma.....

Onu da qeyd edək ki, hər dəfə müraciətin mövzusu fərqli olsa da, əksəriyyəti tibb sahəsində baş verən korrupsiya halları ilə bağlı olub.

Yeri gəlmişkən, qeyd edək ki, Korupsiya ilə Mübarizə Baş İdarəsi də məhz Azərbaycan Respublikasının Baş Prokurorluğunun nəzdində yaradılmış orqandır. Lakin, maraqlıdır ki, Baş Prokurorluğa ünvanladığımız korrupsiya faktları barəsində nə redaksiyamıza cavab verilmir, nə də ümumiyyətlə həmin faktlar barəsində araşdırma aparılmır, heç bir tədbir görülmür.

Yardımlı rayon Mərkəzi Xəstəxanası və Təhsil Şöbəsində, Qobustan rayon Mərkəzi Xəstəxanasında, "Qan institutu"nda və sair digər bir neçə tibb müəssisələrindəki qanunazidd əməllər, eyni zamanda rüşvət faktları ilə bağlı rəsmi müraciətlər, fotolar, audio və video sübutlar da ünvanlamışıq.

Sonuncu müraciətlərimizdə isə 13.06.2022-ci il tarixində Akademik Zərifə Əliyeva adına Oftalmologiya mərkəzində cərəyan edən rüşvətxorluq və 07.07.2022-ci il tarixində Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında cərəyan edən korrupsiya halları barəsində yazılı müraciət, üstəlik də foto+video görüntülər göndərmişik.

Lakin, istər ekoloji ziyanlar barəsində verdiyimiz məlumatlar, istər bundan əvvəllər də bu kimi halların baş verdiyi tibb müəssisələri və rəhbərləri barəsində göndərdiyimiz rəsmi müraciətlər kimi, Tibb Universitetinin Onkoloji Klinikası və Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzi barəsindəki müraciətlərimiz də cavabsız qaldı.

Doğrusu, Baş prokurorluq, eləcə də yerli prokurorluqların "ağ xalat sevdası"nı iki ildir ki, hələ də anlamış deyilik.

Lakin, bütün cavabsız müraciətlərimizin nəticəsi olaraq belə qənaətə gəldik ki, ölkədə müxtəlif qurumlarda, xüsusilə də Ekologiya və Tibb sahəsindəki korrupsiya hallarının bu qədər geniş vüsət almasına şərait yaradan məhz prokurorluqdur.

Kaş Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya ilə mübarizə Baş İdarəsi rüşvət adı ilə tez -tez həbs etdikləri jurnalistlərə qarşı olduqları qədər, barəsində hazır faktlar verdiyimiz Tibb müəssisələri və həmin müəssisələrin rəhbərlərinə qarşı da "gözüaçıq" olardı.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Oxunub: 836

Son xəbərlər

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

Bütün xəbərlər