İki dövlət qurumu "olar" deyir, Suraxanı İH isə icazə vermir - Şəhid atası NARAZILIQ ETDİ

Vətən müharibəsi şəhidi İsabala Hüseynovun atası Ceyhun Hüseynov Suraxanı Rayon İcra Hakimiyyətindən şikayətçidir.

Ceyhun Hüseynov Unikala müraciətində bildirib ki, onun Qaraçuxur qəsəbəsi ərazisində "butka" yerləşdirib alver etməsinə mane olunub:

"Oğlum şəhid olana qədər güzəranımız normal idi. Övladımın şəhadətindən sonra da Cənab Prezidentimiz və dövlətimiz sağ olsun, köməklik etdilər. Mənim "butka"m var idi. Onu götürdüm, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşdirib pirojki satmağa başladım. Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları isə gəlib dedilər ki, olmaz. "Butka"nı götürüb apardılar. Baxmayaraq ki, heç kimə mane olmurdum.

Vaxtıilə sözügedən məsələ ilə bağlı rayonun icra başçısı Əziz Əzizovun qəbuluna getmişdim. Əziz Əzizov bu məsələnin onun səlahiyyətində olmadığını bildirmişdi. Dedi ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə getməliyəm. Həmin Dövlət Komitəsinə getdim və orada mənə şifahi formada dedilər ki, narahat olma, get "butka"nı haraya istəyirsən qoy. Hər ehtimala qarşı Bakı Şəhər İcra Hakimiyyətinə də bu barədə məlumat verdim. Onlar da narahatçılığa əsas olmadığını bildirdilər. Bütün bunlara baxmayaraq, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları "butka"nı yerləşdirmək üçün icazə vermirlər", - deyə o əlavə edib.

Qeyd edək ki, Ceyhun Hüseynov Birinci Qarabağ müharibəsinin veteranıdır və 1-ci qrup əlildir.

Murad İbrahimli

İki dövlət qurumu "olar" deyir, Suraxanı İH isə icazə vermir - Şəhid atası NARAZILIQ ETDİ

Fotoda: İsabala Hüseynov

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər