Yasamalın icra başçısının "köməkçisi" Suraxanının icra başçısının yanında nə gəzir? – FOTOFAKT












Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Əziz Əzizovun bacısı oğlu Murad Ağayevi özünə köməkçisi təyin etməsi müzakirələrə səbəb olub.



dogruxeber.tv xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin mətbuata açıqlama verən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov icra başçısının öz bacısı oğlunu köməkçi qismində işə alması xəbərini təkzib edib. O, bu barədə məlumatın olmadığını bildirib. İcra Hakimiyyətinin rəsmisi bununla bağlı saytlarda məlumatların yayılmasından xəbərdar olduğunu vurğulasa da, lakin Murad Ağayev adda şəxsin vəzifəyə gətirilməsi ilə bağlı xəbər eşitmədiyini qeyd edib.



Təəssüflər olsun ki, dövlət orqanının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri artıq 1 həftədir ki, təyin olunan icra başçısının bütün günü yanında gəzən şəxsin kim olduğunu və hansı vəzifəni icra etdiyindən xəbərsizdir. Murad Ağayev məhz noyabrın 12-dək, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun köməkçisi olub. Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Ə.Əzizov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə o, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Murad Ağayevin adı isə hələ də Yasamal Rayon İcra Hakimiyyətində başçının köməkçisi vəzifəsində qalır.

Amma buna baxmayaraq, Murad Ağayev elə noyabrın 12-dən, yəni Əziz Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinə başçı təyin ediləndən sonra Yasamal Rayon İcra Hakimiyyətindəki başçısının köməkçisi vəzifəsindən də gedib. O, bununla da başçının köməkçisi deyil, dayısının köməkçisi olduğunu açıq-aşkar nümayiş etdirib. Sübut üçün noyabrın 14-də yeni icra başçısı Əziz Əzizovun Suraxanının Zığ qəsəbəsində sakinlərlə ilk görüşü zamanı Murad Ağayevin də dayısının yanında olduğunu göstərə bilərik.

Bunda əlavə, noyabrın 16-da Əziz Əzizovun Suraxanıda Şərq yaşayış sahəsi 12-ci döngə küçəsində sakinlərlə görüşü zamanı da Murad Ağayevin dayısının yanında olması onun Suraxanı Rayon İcra Hakimiyyətində vəzifəyə təyin olunmasına əsas verir.

İndi isə keçək əsas məsələyə: Suraxanı Rayon İcra Hakimiyyətinin mətbuata açıqlama verən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov icra hakimiyyətində belə bir adamın işləmədiyini deyir.



Yekunda sual yaranır ki, bəs necə olur ki, adı hələ də Yasamal Rayon İcra Hakimiyətinin saytında başçının köməkçisi vəzifəsini daşıyan Murad Ağayev necə olur ki, iş vaxtı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun yanında gəzir?



Bir daha xatırladırıq ki, M.Ağayev Ə.Əzizovun bacısı oğludur. Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Ə.Əzizov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə o, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ə.Əzizov 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb./Pravda.az
Yasamalın icra başçısının "köməkçisi" Suraxanının icra başçısının yanında nə gəzir? – FOTOFAKT
Yasamalın icra başçısının "köməkçisi" Suraxanının icra başçısının yanında nə gəzir? – FOTOFAKT
Yasamalın icra başçısının "köməkçisi" Suraxanının icra başçısının yanında nə gəzir? – FOTOFAKT

Son xəbərlər

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Bütün xəbərlər