gundem / siyaset
20.07.2022, 14:01
İLGİNC: Sergey Narışkin GİZLİCƏ Bakıya gəlib – Mətbuat bu barədə heç nə yazmayıb
Dünən Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Bakıya səfər edərək Azərbaycan prezidenti İlham Əliyev və həmkarı Orxan Sultanovla görüşüb.
"DoğruXəbər.az" yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb.
Maraqlıdır ki, Azərbaycan mətbuatında bu barədə heç nə yazılmayıb. Sergey Narışkinin bir gün əvvəl – 18 iyul tarixində İrəvana etdiyi səfər barədə məlumat verən “İnterfax.az” saytı onun Bakıya səfəri barədə heç bir məlumat verməyib.


