gundem / sosial
23.08.2020
Rusiyanın Müdafiə naziri Bakıya gələcək - YENİLƏNİB + RƏSMİ

Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu Azərbaycana işgüzar səfərə gələcək.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Sergey Şoyqu Bakıya Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə avqustun 25-də səfər edəcək. (Oxu.az)


