Qarabağa silah daşınması ciddi olaydır - NƏ BAŞ VERİR?

Rusiya sülhməramlıları Qarabağa ayaq basdıqları gündən etibarən bölgəyə erməniləri daşımaqla və onlara bütün imkanları yaratmaqla məşğul olur”. "DoğruXəbər.az" xəbər verir ki, bu barədə “Şərq”ə AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli deyib. Partiya təmsilçisi bildirib ki, əfsuslar olsun ki, iki ilə yaxındır rus sülhməramlı qüvvələri eyni fəaliyyəti icra edirlər: “Ruslar Qarabağda arbitr rolunu yox, ermənilər tərəfindən çıxış edən qüvvə rolunu oynayırlar. Sülhməramlı kontingentə məxsus maşınlarda erməni separatçılarına gizli yollarla silah daşınması da bunun əyani isbatıdır.

Çox ciddi olaydır və yaxşı ki, Azərbaycan silahlı qüvvələri qarşısını alıblar. Əminəm ki, bu, ilk hadisə deyil. Sadəcə görünür, vəziyyət o həddə çatıb ki, dövlətimiz təxribatın qarşısını alıb və hadisə ictimailəşib. Qətiyyən buna yol vermək olmaz. “Sülhməramlı” adı ilə erməniyə silah-sursat daşıyanlar ümumiyyətlə ölkəmizdən qovulmalıdır. Rusiya sülhməramlı kontingentinə və Moskvaya sərt xəbərdarlıq edilməlidir.

Əgər yenidən təkrarlanarsa, cavabımız daha ciddi olmalıdır. Dərhal öz silahlı qüvvələrimizi həmin bölgələrə yerləşdirmək məcburiyyətində qalacağıq. Xocalının Şuşakənd ərazisində qanunsuz erməni silahlıları özlərinə səngər qazırlar. Rusiya sülhməramlıları da heç nə olmamış kimi bunu izləyir. Belə olan təqdirdə ermənilər özlərini çox rahat hiss edirlər, arxayınlaşırlar.

Zamanında zərərsizləşdirilməsələr bir müddət sonra hərbçilərimizə atəş açmağa cəhd göstərəcəklər. Ona görə də Moskva qarşısında konkret tələblər qoyulmalı, Qarabağda anti-terror əməliyyatlarına başlanmalıdır”.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər