Sahil Babayevin minimal əməkhaqqı artımı... İŞƏ YARAYIRMI?

2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirə zamanı Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayevin dediyinə görə, minimal əməkhaqqının artımı nəticəsində 1,2 milyon muzdlu işçinin əməkhaqqısı artıb. Artımın ümumi həcmi isə 1,1 milyard manat təşkil edib. 2021-ci illə müqayisədə bu artım 7,3% təşkil edib Son rəsmi statistik məlumata görə isə bu ilin ilk yarım ilində təkcə qida məhsullarında 20%-ə yaxın bahalaşma baş verib və bu statistika heç də real mənzərəni ifadə eləmir. Müstəqil ekspertlərin fikrincə ilin ilk yarım ilində qida məhsullarında inflyasiya 30%-dən yuxarı olub.

Bəs qiymət artımı ilə müqayisədə əməkhaqqlarının artımı vətəndaşların artan xərclərini kompensasiya edirmi?

DoğruXəbər.az xəbər verir ki, mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənovla müzakirə edib.

Bu sahədə vəziyyətin daha acınacaqlı olduğunu bildirən ekspert PİA-a bildirib ki, əhali günü-gündən surətlə alıcılıq gücünü itirir:

“Əmək haqqının artım tempi qiymət artımından geri qalır. Hətta rəsmi rəqəmlərə baxanda görünür ki,əhalinin gəlirlərində təxminən 7% artım olubsa, infilyasiya, xüsusilə də ərzaq məhsulları istiqamətində olan qiymət artımları bu göstəricidən 3 dəfə çoxdur. Amma qeyri-rəsmi rəqəmlərə baxanda görünür ki, infilyasiya Azərbaycanda təxminən 30 faiz ətrafındadır.

Bu aspektdən dəyərləndirmə aparsaq vəziyyətin daha acınacaqlı olduğunu görə bilərik. Əhali günü-gündən surətlə alıcılıq gücünü itirir.

Bu məsələdə əslində fərqli sosial qruplara qiymət artımının fərqli təsirləri aspektindən yanaşmanın daha doğru olacağını düşünürəm. Təsəvvür edin ki, əhalinin daha az təminatlı katoqriyaları ilə daha yüksək gəlirə sahib olan katoqoriyaların ailələrin büdcələrində ərzaq xərcləri çox böyük fərqə malikdir. Çünki əhalinin 1-ci 5-ci defislərinə aid olan katoqoriyasının ailə büdcələrindəki ərzaq xərcləri ilə onuncu defistdə olan ailələrin büdcələrindəki ərzaq xərcləri eyni deyil .

Əgər daha az təminatlı ailələrdə ərzağa sərf edilən xərclər ailə büdcəsinin 60-70%-ni təşkil edirsə, gəlirləri yüksək olan ailələrdə bu 30-40% təşkil edir. Yəni ailə büdcəsi daha az olan ailələrin gəlirlərinin əsas hissəsi zəruri xərclərə yönələn xərclər olur və əməkhaqqı artımı inflayisiyadan bir neçə dəfə az olanda bu ailələrin büdcəsində ciddi sıxıntılar yaranır.

Biz bununla bağlı müəyyən bir dəyərləndirmə aparanda belə aydın olurdu ki, əslində inflyasiyanın açıqlanan orta göstəricisinin aztəminatlı ailələrə təsiri, daha çox gəlirə sahib olan ailələrin büdcələrindən 2-3 dəfə çoxdur və bu da təbii ki, aztəminatlı ailələrin sürətlə kasıblaşması demək olur.

Əgər biz minimum əmək haqqının artımından danışıqsa, bu o deməkdir ki, burada söhbət adambaşına gəlirlərin birinci, ikinci defisə aid olan ailələrdən gedir. Bu da o deməkdir ki, qiymət artımları bu ailələrin gəlirlərinə, alıcılıq gücünə daha kəskin təsir edir. Ona görə də deyə bilərm ki, faktiki olaraq mövcud artımlar müvafiq xərcləri kompensasiya edə bilmir”.

Son xəbərlər

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Bütün xəbərlər