Səhiyyə ilə Prokurorluğu nə bağlayır?... - VİDEO

dogruxeber.tv: - Xərçəngdən ölənlərin sayı kəskin dərəcədə artıb.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, hər il 14 milyondan artıq insana xərçəng diaqnozu qoyulur. Bu rəqəmin 2030-cu ilə qədər 21 milyona çatması gözlənilir.

Təşkilat bildirir ki, bütün dünyada xərçəng xəstəliyindən ölənlərin sayı 2000-ci illərlə müqayisədə 27,5 faiz artaraq 8,8 milyona çatıb.

Açıqlamada deyilir ki, əgər bu xəstəlik daha tez aşkarlansa, xəstənin sağalma ehtimalı da yüksək olur. Amma, nə yazıq ki, Azərbaycan səhiyyəsində elə bir vəziyyət yaranıb ki, müraciət edən xəstələrin vəziyyətindən əvvəl əlinə və cibinə baxılır. Maddi vəziyyəti ağılabatandırsa, xəstəliyi vaxtında aşkar olunur, deyilsə, həmin xəstə qalır evi ilə xəstəxana arasında yollarda. Salırlar get-gələ. Bunu biz demirik, bu vəziyyəti yaşayan yüzlərlə, hətta minlərlə vətəndaşlar deyir.

Qaldı ki, vətəndaşların doğru, yaxud səhiyyə işçilərinin dili ilə desək, "yalan" danışdığına, bunu da əyani olaraq, aşağıdakı linkdə izləyə bilərsiniz.



Bilirsiniz ki, hər zaman doğruları yayımlayan "dogruxeber.tv" istənilən mövzuda əmin olmadığı və əlində reallığı sübut edən maddi dəlillərin olmadığı məlumatlar dərc etmir. Odur ki, izlədiyiniz bu görüntülər də 76 yaşlı Tibb Elmləri doktoru, professor, akademik Cəmil Əliyevin rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzində lentə alınıb. Yeri gəlmişkən bu barədə əvvəllər də redaksiyamızda materiallar dərc olunub. Bizi yenidən mövzuya qayıtmağa vadar edən isə, sözügedən müəssisədə proseslərin eyni qaydada aparılması, bu qədər müraciət və şikayətlərə rəğmən vəziyyətin olduğu kimi qalmasıdır.

Səhiyyə Nazirliyi vitse-prezidentin göstərişini icra etməyib? - VİDEO


Yeri gəlmişkən, qeyd edək ki, məsələdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi də xəbərdardır. Yəni, əgər əvvəllər xəbəri yox idisə də, biz "dogruxeber.tv" redaksiyası olaraq, dəfələrlə rəsmi müraciətlər göndərib, xəbərdar etmişik.

Lakin, cavabsız qalan müraciətlərdən və hər hansı bir tədbirin görülməsi barəsində redaksiyamıza heç bir məlumat verilməməsindən aydın oldu ki, bizə bu xəbəri verdiyimiz üçün "muştuluq da düşmür". Yəni, qurum müəssisədə olanlardan xəbərdardır və niyəsə susur.

Hələ də Akademik Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzində qeydə alınan maddi dəlillərə və məlumatlara məhəl qoymamasından isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bu kimi halların bu həddə çatmasında birbaşa səbəbkar və maraqlı tərəf olduğunu göstərir. Belə olmasaydı, məlumatlar hələ dərc edilmədən əvvəl, tərəfimizdən rəsmi müraciət daxil olan kimi dərhal həmin məsələ barəsində araşdırma başladılıb, lazımi tədbirlər görülərdi.

Bu tibb müəssisəsində korrupsiya tüğyan edir

Jurnalistdən rüşvət tələb olunan müəssisənin rəhbərindən maraqlı teleqram ...

Deyək ki, Səhiyyə Nazirliyini başa düşdük. Bir sahədə çalışanların biri -biri ilə əlbir olması gözləniləndir.

Qanun pozuntuları, korrupsiya halları barəsində qanuni tədbir görməli olan hüquq-mühafizə orqanı - Azərbaycan Respublikasının Baş Prokurorluğu hansı səbəbdən haqqında şikayətlər və faktlar olan tibb işçiləri, yaxud müəssisələri barəsində heç bir müvafiq tədbirlər görmür?

Halbuki dəfələrlə bir neçə müəssisə, iaşə obyektləri, qanunsuz, gizlin kəsilən ağaclar və sair barəsində dəfələrlə redaksiyamız adından rəsmi müraciətlər göndərmişik.

Keçmiş Qobustan rayon Mərkəzi Xəstəxanasının baş həkimi, hazırkı "Şamaxı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsinin direktoru Emin Hüseyin barəsindəki iddiamız əlimizdə kifayət qədər materiallar olduğu halda digər vətəndaşların çoxsaylı şikayətləri kimi rədd edildi. Kəsilən ağaclar barəsindəki müraciətə baxılması prosesi uzadıldı və ümumiyyətlə qapadıldı. Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzində baş verənlər barəsindəki müraciətimizə hələ də heç bir məlumat, heç bir cavab yoxdur. Necə ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi tapşırıq verməsinə baxmayaraq, Ordubad rayonu, Vənənd kənd sakini Nihal Hüseynovun övladı Uğur Hüseynovun müalicəsində etməli olduqları kömək başlamadan bitdi.



Necə olur ki, sosial şəbəkələrdə yazdığı sərbəst, şəxsi fikirlərinə görə jurnalistlər və sıravi vətəndaşlar prokurorluğa dəvət edilir, bu boyda korrupsiya, rüşvət, özbaşınalıq faktları və vətəndaş şikayətləri, media müraciətləri olduğu halda, yuxarıda qeyd etdiyimiz və etmədiyimiz bu kimi qanun pozuntuları bu qurum tərəfindən görməzdən gəlinir?

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Oxunub: 1 322

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər