Bakının Nizami rayonunda icra başçısı “COŞUB” – Coşqun Cəbrayılov kimə arxalanır? -VİDEO

dogruxeber.tv: - 18 fevral 2022 – ci ildə Prezidentin sərəncamı ilə Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, C.Cəbrayılov bu vəzifəyə təyin olunana qədər Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, bu vəzifəyə 2018-ci ilin sentyabrında təyin olunmuşdu.
Coşqun Cəbrayılov daha əvvəl isə Səbail Rayon İcra Hakimiyyətində və Sumqayıt Şəhər İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
Reallıq.tv – yə daxil olan məlumatda qeyd olunur ki, Coşqun Cəbrayılov ötən müddətdə icra başçısı kimi ümidləri doğrultmayıb. İcra başçısı ayda bir dəfə səyyar görüşlər təşkil etmək adı ilə “JEK” işçilərini icra hakimiyyətinin zalına toplayaraq şəkillər çəkməklə işini yekunlaşdırmış hesab edir. Nizami rayonunda qalaq-qalaq yığılan problemlərin həllində maraqlı görünməyən Cəbrayılovun qəbuluna düşmək çətin vəzifəyə çevrilib. Coşqun Cəbrayılovun vətəndaşları qəbul etməməsi ciddi narazılıq yaratdığı bir zamanda özünə ev tikmək istəyən vətəndaşlardan qanunsuz tələbdə bulunması etirazlara səbəb olub. Nizami rayonunda özünə ev tikmək istəyən vətəndaşlar icra başçısının haqqını vermədən daşı daş üstə qoya bilməzlər. Bu qanunsuz tələb tikintinin mərtəbəsi və otaqların sayına uyğun olaraq müəyyən edilir. Redaksiyamıza müraciət edən vətəndaş Asif Əliyev bildirir ki, o qanuni torpağında birmərtəbəli ev tikmək üçün 8 min manat rüşvət verməli olub.
Reallıq.Tv – yə daxil olan məlumatda o da qeyd olunur ki, Coşqun Cəbrayılov istəklərini yerinə yetirməyən vətəndaşları qanunsuz yollarla susdurur. Onun idarəetmə üsulu hazırda Bakının Nizami rayonunda böyük narazılığa səbəb olub. İcra başçısı obyekt sahiblərini də öz qanunsuz tələblərinə uyğun cəzalandıra bilir.
Rayonda yerləşən park və istirahət yerlərini biznes ocağına çevirən icra başçısının qanunsuz əməllərindən bəhs edən ərizələrdə qeyd olunan faktlar hazırda Reallıq.tv əməkdaşları tərəfindən araşdırılır. Qısa zamanda bu barədə ətraflı məlumat verəcəyik.
İlkin (Reallıq.TV)

Son xəbərlər

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

Bütün xəbərlər