SOCAR-ın idarə rəisinin korrupsiya əməlləri davam edir

dogruxeber.tv: - Ölkədə aparılan islahatlar bilavasitə Prezident İlham Əliyevin illər öncə elan etdiyi siyasi kursun tərkib hissəsidir. Korrupsiyaya qarşı mübarizə tədbirlərində də təəccüblü heç nə yoxdur. Bu xətti İlham Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən elan edib. O, hələ 2003-cü ildə bəyan etmişdi ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ardıcıl olacaq, belə əməllərə meyillənən vəzifə sahiblərini ciddi şəkildə cəzalandıracaq. Cəmiyyət ötən müddət ərzində buna əyani şəkildə şahid oldu. Prezident dedi və elədi! Proses bu gün də davam edir… Dövlət başçısı dəfələrlə xəbərdarlıq edib ki, kim çirkin əməllər arxasınca gedəcəksə, layiqli cəzasını alacaq. Budur, deyilənlərdən nəticə çıxarmayanlar bir-birinin ardınca ifşa olunur, cəzalandırılır. Bu baxımdan, hazırda müşahidə etdiyimiz proseslər heç kəsi təəccübləndirməməlidir. Nə baş verirsə, cənab Prezidentin prinsiplərinə mütənasibdir! Dövlət vəsaitlərini mənimsəyən, rəhbərlik etdiyi qurumu korrupsiya və rüşvət yuvasına çevirənlərin həbs olunması, heç şübhəsiz ki, ölkə başçısının bu məsələdə nə qədər prinsipial mövqe tutduğunu bir daha nümayiş etdirir. Tam əminliklə deyə bilərik ki, islahatlara qarşı çıxan, xalqı incidən, rüşvət alan məmur Prezident İlham Əliyevin düşmənidir və belələri mütləq layiqli cəzasını almalıdır. Rüşvətxor, korrupsiyaner şəxslərin, vəzifəsindən sui-istifadə edən məmurların, rəhbərlik etdiyi qurumu qohum-əqraba məclisinə çevirən, sahibkarları incidən, dövlətin torpaqlarında qanunsuz obyektlər inşa etdirən, dövlətin əmlakını, vəsaitlərini dədə-baba mirası hesab edənlərin cəzalandırılması əlbəttə ki, cəmiyyət tərəfindən də müsbət qarşılanır. Mətbuatda korrupsiya bulaşmış məmurların adlarına mütamadi olaraq rast gəlirik.Bu məmurlardan biri SOCAR-ın Təchizat İdarəsinin rəis müavini vəzifəsində işləyən Fuad Həziyevin adına te-tez mətbuatda rast gəlmək olur.

Kimdir bu şəxs?

Araşdırma nəticəsində bəlli olub ki,rəis müavini “MACON” MMC, “CREATE İNDUSTRY” MMC, “FİRE SAFETY CASPİAN AZERBAİJAN” MMC, “AZBEN İNŞAAT” MMC, “AZBENT LOGISTICS” MMC, “ASTRAVEL” MMC, “Ələsgərli N. F” və sair ayrı-ayrı şəxslərin adlarına olan çoxsaylı şirkətlərin sahibi olan Fuad Həziyev bunlarla kifayəıtlənməyib. İddialara görə, o, yaxın adamlarının adına qeydiyyatdan keçirilən bu MMC-lər vasitəsiylə SOCAR-ın özündən çoxsaylı tenderləri rahatlıqla “udub”.

Yayılan iddialardan biri də odur ki, Fuad Həziyev sahibi olduğu spirt zavodunda istehsal edilən içkiləri SOCAR-ın tabeliyində olan dənizdəki neft estakadalarına da göndərir. Halbuki, qanunla bu, qadağandır. Lakin əsas amal pul qazanmaq olduğundan burada da qanunlardan “yan keçilib”.

Məlumata görə, məmurun spitrli işçki biznesi təkcə Bakıdakı bu zavodla da bitmir. QIsa zamanda bu sektorda parlayan cənab Həziyev xanımı Aytən Telman qızı Əzizovanın adına da İsmayıllı rayonunun Kürdmaşı kəndində şərab zavodu açıb.

Qeyd olunur ki, bütün bunları Fuad Həziyev vəzifəsindən sui-istifad etməklə qurub. Belə ki, məmur olmasına baxmayaraq, istər işlədiyi qurumda, istərsə də biznes fəaliyyətində Fuad Həziyev geniş maddi imkanlara və əlaqələrə sahiblənib.

Ölkə başçısının sərəncamına əsasən SOCAR-a yeni Prezident hörmətli Rövşən müəllim təyin olunan kimi SOCAR-da korrupsiyaya bulaşmış SOCAR-ın Təchizat İdarəsinin rəisini içdən azad etdi.

Ümid edirik ki, Rövşən müəllim Fuad Həziyevin qanunsuz əməllərinə biganə qalmayıb onun haqqında ciddi ölçü götürəcək.

Mövzuya qayıdacayıq

Qanunla.Az

Son xəbərlər

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Tramp ABŞ-nin NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb

Hörmüz boğazını İran idarə edəcək - Qalibaf

Qızıl və gümüş ucuzlaşdı

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Bütün xəbərlər