Bu şəxslər siyasi partiya üzvü ola bilməyəcək

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər siyasi partiyanın üzvü ola bilməyəcəklər.

"dogruxeber.tv" xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu Qanunun 1.1.7-ci maddəsinin (siyasi partiyaya qəbul olunmuş 18 yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının vətəndaşı) tələblərinə cavab verən şəxs siyasi partiyanın üzvü ola bilər. Şəxs yalnız bir siyasi partiyanın üzvü ola bilər. Siyasi partiyanın üzvü partiyanın yalnız bir yerli təşkilatında qeydiyyatda ola bilər.

Heç kəs hər hansı siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.

Siyasi partiyaya üzvlük irqi, etnik, dini, dil, cinsi, mənşə, əqidə və sosial mənsubiyyətinə görə məhdudlaşdırıla bilməz.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər siyasi partiyanın üzvü ola bilməzlər.

Azərbaycan Respublikası məhkəmələrinin hakimləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), hərbi qulluqçular, həmçinin prokurorluq, ədliyyə, daxili işlər, gömrük, fövqəladə hallar, miqrasiya, xarici işlər, vergi orqanlarının xüsusi rütbəli əməkdaşları, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şurasının üzvləri, baş direktoru və onun müavinləri, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin və Hesablama Palatasının üzvləri, din xadimləri, notariuslar siyasi partiyanın üzvü ola bilməzlər və siyasi partiyanın fəaliyyətində iştirak edə bilməzlər. Həmin şəxslər işə (xidmətə) başlamazdan qabaq siyasi partiyanın üzvlüyündən çıxmalıdırlar.

Bu Qanunda nəzərdə tutulmuş dövlət qulluğunun xüsusi növündə qulluq keçən şəxslər istisna olmaqla, digər dövlət qulluqçuları, həmçinin dövlət adından yaradılaraq müvafiq sahədə dövlət siyasətini həyata keçirən və hakimiyyət səlahiyyətinə (nəzarət, yoxlama, hüquqmüəyyənedici sənədlərin verilməsi və ya məsuliyyət tədbirlərinin tətbiqi) malik olan publik hüquqi şəxslərdə inzibati vəzifə tutan əməkdaşlar siyasi partiyanın üzvü ola bilələr, lakin qulluq vəzifələrini icra etdiyi vaxtda siyasi partiyanın fəaliyyətində iştirak edə bilməzlər.

Həmkarlar ittifaqları birliklərinin sədrləri və ya onların müavinləri eyni zamanda siyasi partiyanın orqanında təmsil oluna bilməzlər.

Siyasi partiyanın bu Qanunda nəzərdə tutulmuş təsisçiləri partiyanın üzvləri hesab olunurlar.

Şəxsin siyasi partiyadakı üzvlüyünə aşağıdakı hallarda xitam verilir:

- şəxs öz ərizəsinə əsasən siyasi partiyanın üzvlüyündən çıxdıqda;

- şəxs öldükdə və ya məhkəmənin qərarı ilə ölmüş elan edildikdə;

- şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə;

- şəxs məhkəmənin qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

- şəxs siyasi partiyadan xaric olunduqda.

Siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparır.

Qüvvədə olan qanuna görə, siyasi partiyanın nizamnaməsini və proqramını qəbul etmiş, yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının vətəndaşları siyasi partiyaya üzv ola bilərlər. Siyasi partiyalar tərəfindən üzvlərinin qeydiyyatı aparılır.

Heç kəs hər hansı siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.

Bütün səlahiyyəti müddətində Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrləri, sədr müavinləri və hakimləri, Azərbaycan Respublika-sının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), hərbi qulluqçular, köməkçi-texniki heyət istisna olmaqla, prokurorluq, ədliyyə, daxili işlər, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, sərhəd xidməti, gömrük, maliyyə, vergi, feldyeger rabitəsi, fövqəladə hallar, miqrasiya orqan-larının, dövlət mətbuatı orqanlarının işçiləri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şurasının üzvləri, baş direktoru və onun müavinləri, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvləri, din xadimləri siyasi partiyaların üzvü ola bilməzlər.

Bu maddənin üçüncü hissəsində sadalanan şəxslər bütün seçki, xidmət və ya iş dövründə siyasi partiyalarda üzvlüyünü dayandırırlar.

Siyasi partiyalara daxil olmaq kişi və qadınlar üçün eyni şərtlərlə açıq olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır.

Son xəbərlər

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...

Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI

Bütün xəbərlər