“Solamedical” MMC KİMİN “ƏMİSİ OĞLU”DUR? - HƏQİQƏTƏN DƏ...

dogruxeber.tv: - Akademik Zərifə Əliyeva adına Milli Aftolmologiya Mərkəzi dərman preparatlarının, sarğı ləvazimatlarının və materiallarının alınması üzrə tenderin qalibini açıqlayıb.

500 926 manatlıq tenderin qalibi "Solamedical" MMC-dir.

Xatırladaq ki, "Solamedical" MMC bundan əvvəl İcbari Tibbi Sığorta Agentliyinin “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı” üzrə sərfiyyat mallarının satın alınması üzrə 292 576 manatlıq tenderini qazanıb (17.08.2022).

Bu da hamısı deyil...

Məlumat verək ki, bu ilin mart ayında Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi dərman preparatları və sarğı materiallarının satın alınması üzrə tenderin qalibini açıqlamışdı. Və 2 254 868 manatlıq tenderin qalibi "SOLAMEDICAL" MMC elan olunmuşdu.

Xatırladaq ki, "SOLAMEDICAL" MMC bundan da əvvəl Akademik Zərifə əliyeva adına Milli Oftalmologiya Mərkəzinin tibbi avadanlığın alınması üzrə 1 198 500 manatlıq tenderin qalibi olub. Bu da hamısı deyil və dia.az olaraq apardığımız araşdırmalar nəticəsində ortaya ilginc faktlar çıxdı.

Məlum olur ki, keçən ilin sentyabr ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdindəki Mərkəzi Hospitalın elan etdiyi iki tenderin qalibi də eyni şirkət - “Solamedical” MMC olub.

Gömrük Hospitalı dərman vasitələri və tibbi ləvazimatların alışı ilə bağlı sözügedən şirkətlə 468.875 manat və 429924 manat olmaqla, üst-üstə 900 min manatlıq müqavilə bağlayıb.

Xatırladaq ki, Gömrük Hospitalının az qala 1 milyon manat ödədiyi “Solamedical” MMC ölkənin dərman və tibbi ləvazimatlar bazarına iki il əvvəl daxil olub. Lakin maraqlıdır ki, cəmi 200 manat nizamnamə kapitalı olan və iş dünyasında tanınmayan Novruzova Şəhla Mustafa qızının adına sənədləşdirilən şirkət “iri əjdahalar”ın mövcud olduğu bu bazarda tezliklə özünə yer edə bilib.

Artıq 2020-ci ilin ortalarından başlayaraq, şirkətə iri məbləğli tenderlər verilməyə başlayıb. Belə ki, həmin ilin uyun ayında Milli Onkologiya Mərkəzinin elan etdiyi tenderin qalibi olan “Solamedical” 5 milyon 800 min manatlıq müqaviləyə imza atıb.

Bundan cəmi bir ay əvvəl isə həmin şirkət Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin “Dərman preparatlarının və sarğı materiallarının satın alınması” məqsədilə keçirdiyi tenderi qazanıb. Bu tenderin nəticəsində isə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin “Solamedical” MMC-yə 2 milyon 90 min manat ödəyib. Beləliklə, bu MMC cəmi il yarıma dövlət qurumlarından üst-üstə 10 milon manata yaxın dəyəri olan tenderlər alıb.

O da maraqlıdır ki, rəsmən Nərimanov rayonu M.Araz, ev 18 ünvanında qeydiyyatda olan “Solamedical” MMC-nin adına açıq mənbələrdə tender elanlarından başqa demək olar ki, heç yerdə rast gəlinmir. Milyonlara hökm edən şirkətin nə veb-saytını, nə də sosial şəbəkələrdə hesabını tapmaq olmur.

Xatırladaq ki, ölkə başçısı dəfələrlə dövlət qurumlarının rəhbərlərini tenderləri öz yaxın adamlarına, şirkətlərinə verməkdə və bununla da korrupsiya əməli törətməkdə günahlandırıb: “Bəzi hallarda bizdə korporativ maraqlar üstünlük təşkil edir. Elə hallar var ki, bir və ya bir neçə şirkət bütün tenderlərdə qalib gəlir...”

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.//dia.az

Son xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Bütün xəbərlər