gundem / siyaset / Cəmiyyət
19.09.2022
İlham Əliyevdən Bakı metropoliteni ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev “Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamla hər il noyabr ayının 6-sı Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunacaq.
İndiyədək metropoliten işçilərinin peşə bayramı 8 noyabrda qeyd olunurdu.
Qeyd edək ki, 8 noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.



