siyaset / iqtisadiyyat / Təhsil
27.09.2022
Elm və Təhsil Nazirliyinin idarəsi cari təmirə 3,5 milyon manat xərcləyəcək - TENDER
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələrinin cari təmiri ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
"dogruxeber.tv" "Report"a istinadən xəbər verir ki, tenderlərin qalibləri "S.H. İnşaat Xidməti" və "Upsilon" MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 2,657 milyon manat və 851 min manat, ümumilikdə isə 3,508 milyon manat ödəniləcək.


