İran Rusiyanın keçirdiyi “referendumları” TANIMADI

İran hakimiyyəti Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində təşkil etdiyi qondarma referendumları tanımadığını bəyan edib.

"dogruxeber.tv" İRNA-ya istrinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani açıqlama yayıb.

“İslam Respublikası həmişə olduğu kimi və prinsipial mövqelərinə uyğun olaraq beynəlxalq hüququn əsas norması kimi bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinə tam hörmət edilməsinin və BMT Nizamnaməsinin prinsip və məqsədlərinə hörmət edilməsinin zəruriliyini vurğulayır", - Kanani bildirib.

O əlavə edib ki, İran “sülhün, sabitliyin və əmin-amanlığın gedişatını poza biləcək hər hansı təxribatçı hərəkətlərə” qarşıdır.

İran Rusiyanın azsaylı müttəfiqlərindən biridir ki, Ukraynaya qarşı müharibədə Rusiya Federasiyasına kömək edir. Xüsusilə, Tehran rus ordusunu Ukrayna müdafiəçilərinin cənubda müntəzəm olaraq vurduğu pilotsuz təyyarələri ilə təmin edir.

Bununla belə, İran Rusiyaya pilotsuz uçuş aparatları verməsini inkar edir.

Xatırladaq ki, sentyabrın 30-da Rusiya Federasiyasınınprezidenti Vladimir Putin Kremldə ruslara müraciət edərək, Ukraynanın işğal olunmuş 4 vilayətinin ilhaqını elan edib.

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər