gundem / dunya
5.10.2022
Aİ Rusiyaya təyyarə hissələrinin ixracını qadağan edəcək
“Avropa İttifaqı yeni sanksiyalar paketində Rusiyaya aviasiya sənayesi üçün bir sıra komponentlərin ixracını qadağan etməyi planlaşdırır”.
""dogruxeber.tv" Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
“Paket Rusiyanın öz təyyarələri və donanması üçün ehtiyac duyduğu mühüm komponentlərə ixrac qadağalarını əhatə edir”, – məlumatda deyilir.
Bundan başqa, Rusiyaya Avropaya müəyyən növ polad idxalı da qadağan ediləcək. Avropa İttifaqının nümayəndələri hesab edirlər ki, bu məhdudiyyətlər Rusiya iqtisadiyyatına güclü zərbə vuracaq: “Bu paket Rusiyanın onsuz da tənəzzülə uğrayan iqtisadiyyatına daha bir zərbə vuracaq və sənayenin problemlərini gücləndirəcək”.



