gundem / bolge / Cəmiyyət
7.10.2022, 14:15
9 ayda nə qədər sayğac tətbiq olunub? — AÇIQLAMA
“İlin əvvəlindən 650 minə qədər qədər dövri oxunma müddəti bitmiş qaz sayğacı mövcud idi. 9 ay ərzində onun 210 mininin qaz sayğacı ilə əvəzolunması təmin olunub”.
"dogruxeber.tv" xəbər verir ki, bunu “Azeriqaz” İB-nin şöbə rəisi Rövşən Məhyəddinov bildirib. Qurum rəsmisi bildirib ki, bu işlər ilin sonuna kimi aparılacaq.
“Lakin bildiyimiz kimi, qaz sayğaclarının dövrü oxunma müddəti 5 il olduğu üçün bu rəqəmlər hər gün yenilənir. Bu işlər dövrü olaraq aparıldığı üçün burada hər hansı sıfırlanmadan söhbət getmir. Mütəmadi olaraq aparılan işlərdir. Qeyd edim ki, çıxarılan qaz sayğaclarının hər biri dövlət yoxlamasına göndərilir”.
[u][/u]



