“AzerGold” QSC 2-ci “Rebuild Karabakh” sərgisində iştirak edir

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı Ekspo Mərkəzində keçirilən 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisində təmsil olunur.

"dogruxeber.tv" bildirir ki, Sərgidə Səhmdar Cəmiyyət tərəfindən müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurla bağlı icra edilən layihələrə dair təqdimatlar, həmçinin dövlət şirkətinin əsas fəaliyyət göstərici haqqında məlumatlar təqdim edilir. Sərgi pavilyonunda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qeyri-qanuni istismar faktlarına hüquqi qiymətin verilməsi məqsədilə aparılmış araşdırmalar, habelə Kəlbəcər rayonu ərazisində yerləşən “Tutxun” təzahür sahəsində QSC-nin geoloqları tərəfindən həyata keçirilən aktiv yerüstü axtarış-kəşfiyyat işləri haqqında geniş məlumatlar yer alır. Hasilat sahələri və ətraf ərazilərdə ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı görülən işlər, o cümlədən sosial layihələrlə bağlı audiovizual və çap materialları sərgi iştirakçılarının diqqətinə çatdırılır.

“AzerGold” QSC tərəfindən nümayiş etdirilən qızıl sikkə və külçələr, xüsusilə Qarabağ mövzusuna həsr olunmuş qiymətli məhsullar ziyarətçilərin böyük marağına səbəb olub. Sərgi iştirakçıları “Qarabağ inciləri” və “Şuşa” sikkələri ilə yanaşı, Azərbaycan bədii fikrinin görkəmli siması, Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilmiş qızıl sikkələrlə ilk dəfə “Rebuild Karabakh” sərgisində yaxından tanış olmaq imkanı əldə ediblər.
Qeyd edək ki, Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olan “Rebuild Karabakh” 21 oktyabradək davam edəcək.

“AzerGold” QSC 2-ci “Rebuild Karabakh” sərgisində iştirak edir

“AzerGold” QSC 2-ci “Rebuild Karabakh” sərgisində iştirak edir

“AzerGold” QSC 2-ci “Rebuild Karabakh” sərgisində iştirak edir

“AzerGold” QSC 2-ci “Rebuild Karabakh” sərgisində iştirak edir

“AzerGold” QSC 2-ci “Rebuild Karabakh” sərgisində iştirak edir

“AzerGold” QSC 2-ci “Rebuild Karabakh” sərgisində iştirak edir

“AzerGold” QSC 2-ci “Rebuild Karabakh” sərgisində iştirak edir

“AzerGold” QSC 2-ci “Rebuild Karabakh” sərgisində iştirak edir

“AzerGold” QSC 2-ci “Rebuild Karabakh” sərgisində iştirak edir

Son xəbərlər

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Bütün xəbərlər