Nazirlik “Unimetal” MMC-nin fəaliyyətini məhdudlaşdırdı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 29 ünvanında yerləşən “Unimetal” MMC-yə məxsus tikinti materiallarının satışı obyektində işlərin və xidmətlərin göstərilməsinin qismən dayandırılması barədə qərar qəbul olunub

Nazirlikdən "dogruxeber.tv"a bildirilib ki, obyektdə yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

- obyektin elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;

- yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib;

- müvəqqəti çəkilmiş elektrik xətlərindən, açıq sonluqlu, izolyasiya örtüyü zədələnmiş və sıradan çıxmış naqillərdən istifadəyə yol verilib;

- obyektin bəzi sahələrində elektrik xətləri yanar konstruksiyaların üzəri ilə çəkilib;

- bina və qurğulara, açıq anbarlara, yanğınların söndürülməsi üçün istifadə edilən su mənbələrinə, stasionar yanğın nərdivanlarına və yanğın invertarları saxlanılan yerlərə sərbəst yanaşmaq üçün gedən yolların, keçidlərin, girişlərin tutulmasına yol verilib;

- obyektin ərazisi, o cümlədən açıq anbarların aralarındakı yanğına qarşı ara məsafələri vaxtında yanar tullantılardan və digər yanar materiallardan təmizlənməyib, yanar və digər tullantıların xüsusi ayrılmış, yanmayan yeşiklərə (konteyner) yığıb daşınması təmin edilməyib və tullantıların ərazidə yandırılmasına yol verilib;

- satış sahələri aralarında olan yanğına qarşı ara məsafələri gözlənilməyib, satış məqsədi ilə malların yığılmasına yol verilib;

- yanğına qarşı su mənbələrinin, bina və tikililərin girişlərinin tez tapılması üçün ərazinin gecə vaxtı işıqlandırılması təmin edilməyib;

- obyektin ərazisində siqaret çəkilməsinin qadağan edilməsi barədə xəbərdaredici nişanlar quraşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanlarla əlaqədar qanunvericiliyə uyğun olaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 29 ünvanında yerləşən “Unimetal” MMC-yə məxsus tikinti materiallarının satışı obyektində işlərin və xidmətlərin göstərilməsinin qismən dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Son xəbərlər

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər