gundem / iqtisadiyyat / sosial / Cəmiyyət
3.11.2022, 11:15
Nağdsız əməliyyatlara görə geri qaytarılan ƏDV ARTIRILIR
Azərbaycanda nağdsız ödənilən ƏDV-nin geri qaytarılan hissəsi 17,5%-ə qaldırılır.
"dogruxeber.tv" xəbər verir ki, bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklik ediləcək.
Layihəyə əsasən, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan əlavə dəyər vergisinin (ƏDV) nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması təklif olunur.



