gundem / siyaset / dunya / Cəmiyyət
4.11.2022, 14:30
İspaniya hava məkanını bağladı
İspaniyada bir çox hava limanı Çin raketinin nəzarətdən çıxması səbəbindən uçuşları təxirə salıb.
"dogruxeber.tv" xarici KİV-ə istinadən xəbər verir ki, Barselona, Tarragona, İbiza və Reusa hava limanlarında giriş və çıxışların dayandırıldığı məlum olub.
"CZ-5B kosmik obyektinin İspaniyanın hava məkanını keçməsi ilə bağlı risk səbəbindən Kataloniya və digər icmalarda uçuşlar səhər saat 9.38-dən axşam 22.18-ə qədər tamamilə məhdudlaşdırılıb", - Kataloniya Mülki Müdafiə Agentliyinin sözçüsü bildirib.
Çinin Tianqonq Kosmik Stansiyasına daşımaq üçün oktyabrın 31-də buraxılan raketin Yerə qayıtması bir çox ölkələrdə narahatlıq yaradıb.



