“Şuşaya üç istiqamətdən daxil olduq” — General detalları açıqladı

dogruxeber.tv: - Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – qərargah rəisi vəzifəsində xidmət edən, hazırda birlik komandiri olan general-mayor Kənan Seyidov "Poliqon" jurnalına Şuşa şəhərinin stratej əhəmiyyətindən və Şuşa əməliyyatının təfərrüatlarından danışıb.

General-mayor K.Seyidov bildirib ki, Şuşa strateji cəhətdən ən əlverişli ərazidə yerləşmiş şəhərimiz və Qarabağın baş tacıdır. Önun sözlərinə görə, Şuşanın azad edilməsi Azərbaycan Ordusunun bir nömrəli vəzifəsi olub.

“30 illik vətən, torpaq həsrəti və düşmənə olan nifrət hissi Azərbaycan əsgərini döyüşlərdə daha da ruhlandırırdı. Buna görə də, hətta müharibənin ilk saatlarında əminliklə deyə bilərdik ki, biz bu savaşda qələbə qazanacağıq, müzəffər olacağıq və nəticədə onu da bacardıq”, – deyə birlik komandiri vurğulayıb.

General-mayor K.Seyidov Şuşa əməliyyatının detallarını açıqlayıb: “Şuşaya daxil olmamışdan əvvəl, birinci növbədə gördüyünüz bu Topxana meşəsi və əlimlə göstərdiyim istiqamətdəki yüksəkliklər və ətraf yüksəklilər ələ keçirilmişdi. Bundan sonra, əlimlə göstərdiyim istiqamətdə qruplarla Laçın dəhlizini, Laçın-Şuşa yolunu keçərək Şuşa şəhərinə üç əsas istiqamətdən – Qala qapıları istiqaməti, Xankəndinin Üç yolu istiqaməti və mərkəz hissəsindən Şuşaya daxil olduq. İlk Şuşaya girən qruplar bizim Şuşada olan türmə – Şuşa türməsi istiqamətindən girməyə nail oldular. Noyabrın ayın 5-də gecə saatlarında biz artıq Şuşaya girmişdik. Şuşa şəhəri düşməndən tam təmizləndikdən sonra, noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırıldı”.

Birlik komandiri K.Seyidov 21-ci əsrin müharibə standartını yaradan bir ölkə kimi Azərbaycanın əldə etdiyi tarixi zəfəri təmin edən ən müasir silahların tətbiqindən də söz açıb.

“44 günlük Vətən müharibəsi 21-ci əsrin ən müasir müharibəsi idi. Bu müharibədə qazanılan təcrübədən, bizim döyüş təcrübəmizdən bizdən sonra olan müharibələrdə istifadə olundu. Amma ilk yeniliyi Vətən müharibəsində Azərbaycan Ordusu nümayiş etdirdi.

Xüsusilə qeyd etmək istəyirəm ki, Vətən müharibəsinin hərbi baxımından qısa müddətdə, 44 gün ərzində şanlı qələbə ilə başa çatmasında Raket və Artilleriya Qoşunlarının arsenalında olan yüksək dəqiqlikli silahlar və eyni zamanda havadan olan “Harop”, “Bayraktar” və digər pilotsuz uçuş aparatlarının tətbiqi və ən əsası da Azərbaycan əsgərinin döyüş ruhu və hazırlığı mühüm rol oynadı”, – deyə general-mayor K.Seyidov vurğulayıb.

K.Seyidov onu da qeyd edib ki, Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun müasir silah və texnikalarla daha da gücləndirilməsi istiqamətində çox böyük işlər görülüb: “Ordunun silahlanması ilə bağlı cənab Ali Baş Komandanın diqqət və qayğısı ilə dünyadakı ən müasir silahlar hal-hazırda Azərbaycan Ordusunun arsenalına daxil olmaqdadır”.//demokrat.az

Son xəbərlər

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər