gundem / siyaset
24.02.2021
“Döyüşə pis hazırlaşmışdıq, müdafiəmiz zəif idi” - Erməni general
![]()
Ermənistanın ikinci Qarabağ müharibəsində məğlubiyyətinin səbəbi pis təşkilatlanma və idarəetmənin aşağı səviyyədə olması idi.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan silahlı qüvvələrinin sabiq baş qərəgah rəisi, general Movses Akopyan deyib.
"Biz pis hazırlaşmışdıq və pis döyüşürdük. Hava hücumundan müdafiəmiz də zəif idi", - erməni general bildirib.
Onun sözlərinə görə, müharibənin ilk günlərdən Azərbaycanın hədəfi Şuşa olub.
"Düşmənin Şuşaya necə gəlməsini və onu necə almasını aydınlaşdırmaq lazımdır", - deyən erməni general vurğulayıb ki, indi əsas vəzifə ordunu yenidən təşkil edib, 5-ci nəsil müharibəsinə hazırlaşmaqdır.


