İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəflər Konfransı davam edir

İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Konfransının dünya liderləri Sammiti davam edir.

"dogruxeber.tv" xəbər verir ki, paralel olaraq konvensiyanın müxtəlif orqanları tərəfindən təşkil olunan tədbirlər çoxsaylı iştirakçıları bir araya toplayır.

İqlim dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun təqdim etdiyi elmi araşdırmaların nəticələri isə iştirakçı ölkələrin nümayəndələri tərəfindən xüsusi maraqla qarşılanır.

Konfrans çərçivəsində Azərbaycanın nümayəndə heyətinin BMT Konvensiyasının rəhbəri,
İsrailin və Böyük Britaniyanın tədbirdə iştirak edən nümayəndələri ilə ikitərəfli görüşləri keçirilib.

Görüşlərdə ölkəmizdə qeyd olunan Zəfər Günü haqqında, 30 il davam edən işğaldan sonra Qarabağın və Şərqi Zəngəzurun azad olunması və dirçəldilməsi, həyata keçirilən quruculuq işləri barədə məlumat verilib.
Ölkə başçısının tapşırıqları əsasında Qarabağ və Şərqi Zəngəzurun "yaşıl inkişaf" konsepsiyası üzərində bərpası, "ağıllı kənd", "ağıllı şəhər"lərin yaradılması və ümumilikdə infrastruktur layihələrində "iqlimə dost" ən müasir texnologiyaların tətbiq olunması nəticəsində Azərbaycanın Paris Sazişi Çərçivəsində götürdüyü könüllü öhdəliklərin yerinə yetirilməsinə xidmət etdiyi xüsusi qeyd olunub.

İsrailin Dövlət Su Ehtiyatları Agentliyinin baş direktoru cənab Yezekil Lifşitslə keçirilən görüşdə, eyni zamanda ikitərəfli əməkdaşlıq perspektivləri, İsrailin su ehtiyatlarını idarə etmə sistemində olan təcrübə mübadiləsi məsələləri müzakirə edilib.
Ölkələr arasında Xəzər dənizinin səviyyə dəyişmələri ssenarilərinin müzakirəsi, ekspertlər səviyyəsində görüşlərin keçirilməsi planlaşdırılıb.

Böyük Britaniyanın İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının regional səfiri cənab Devid Moranla görüş zamanı da Qarabağda həyata keçirilən genişmiqyaslı layihələrlə yanaşı, Azərbaycanın istilik effekti yaradan qazların emissiyalarının azaldılmasına yönələn qlobal səylərə verdiyi töhfə haqqında məlumat verilib, regional və beynəlxalq səviyyələrdə təsirlərin yumşaldılması və uyğunlaşma sahəsində fəaliyyətlərin konsolidasiyasının vacibliyi qeyd edilib.

BMT-in Səhralaşma üzrə Konvensiyasının katibi cənab İbrahim Tiau ilə görüşdə iqlim dəyişmələri ilə bağlı baş verən su qıtlığı və quraqlığın artması şəraitində su ehtiyatlarının dayanıqlı idarə edilməsinin vacibliyi bildirilib. Təhlükəli hadisələrə dair erkən xəbərdarlıq sistemi üçün regional platformanın yaradılması sahəsində ölkədə görülən işlər haqqında məlumat verilib.

Son xəbərlər

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Bütün xəbərlər