Ucar sakinləri bu məmurdan GİLEY EDİR - İTTİHAM VAR!

dogruxeber.tv: - Ucar rayonu Yuxarı Şilyan kənd sakini Əhmədov Beyput Abbas oğlu tərəfindən öılkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:



"Ucarın icra başçısı Mənsur Məmmədovun qardaşı olan Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun əməllərinə görə biz kəndlilər əziyyət çəkirik əkinlərimiz tərg olur.

Belə ki, mən Yuxarı Şilyan kəndində bələdiyyəyə məxsus 18 hektar torpaq sahəsini uzun müddətli müqavilə əsasında icarəyə götürmüşəm.Hər il orada taxıl əkirəm.
Bu il əkin işlərindən əvvəl Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun qəbulunda olub əkindən sonra su ilə təmin oluna biləcəyimi soruşdum.Müşfiq Məmmədov mənə bildirdi ki, su ilə bağlı heç bir problem yoxdur get arxayın əkin işlərini apar.Mən buna inanıb 3000 manatdan sox pul xərcləyib 18 hektar torpaq sahəmi şumlayıb taxıl əkdim.Suvarma vaxtı gələndə Müşfiq Məmmədov istədiyi artıq pulu verə bilmədiyim üçün mənə bildirdi ki, əkin suyu ilə təmin olunmaq üçün səninlə müqavilə bağlanılmalırı.Buna görə snədlərimi hazırlayıb Müşfiq Məmmədova təqdim etdikdə müqavilə bağlamaqdan qanunsuz imtina etdi.Səbəb kimi qeyd etdi ki, həmin əraziyə su getmir ona görə müqavilə bağlaya bilmərik.

Ancaq bu tam yalan və qanunsuzluqdur ki, Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov mənə qarşı edir.Mənim qonşu torpaq sahələrinə su bola-bol verilir.Hətda mən buna dair video çəklişdə etmişəm. Ucar rayon Suvarma Sistemləri İdarəsinin Xeybər adlı Yuxarı Şilyan kəndində olan əməkdaşı suvarma arxının qarşısını bəndləyib əlbə-əl pul verənlərin torpaq sahələrinə su verir.Mən 1 ay 18 gündür torpağımı əkmişəm hələ mənə su verilməyib ancaq 4 gün əvvəl əkin işi aparanlara su verilib.Qeyd edim ki, müqavilə əsasında suya görə vrilən pul dövlət büdcəsinə keçirilir ancaq əlbə əl verilən pul Müşfiq Məmmədovun cibinə su kimi axır.

Mən buna görə Ucar rayon İcra Hakimiyyətinin şöbə müdiri Vaqif Mehdiyevin və Dövlət Aqrar İnkişaf Mərkəzinin rhbəri Rəhman Səfərovun dəfələrlə qəbulunda olsam da heç bir tədbir görə bilməyiblər.

Çünki rayonda icra başçısı olan qardaşına güvənən Müşfiq Məmmədov Ucar rayon Suvarma Sistemləri İdarəsini öz şəxsi ofisi kimi idarə edir.Həftənin 6 gününü Bakıdakı evində olur bir gün isə yığılan pulları aparmaq üçün idarəyə gəlir.

09 dekabr 2022-ci il tarixdə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun Ucar rayonunda vətəndaşların qəbulunu keçirməsi xəbərinə Ucar sakinləri çox sevinirlər.Məndə həmin qəbula yazılmışam və inanıram ki, Zaur Mikayılov işinin öhdəsindən gələ bilməyən korrupsiyaya qurşanmış Müşfiq Məmmədovun barəsində qanunu tədbirlər görəcək.

Mənim oğlum Rafiq vətən müharibəsi veteranıdır. Səfərbərliklə müharibəyə aparılan zaman icra başçısı Mənsur Məmmədovun qardaşı oğluda həmin avtobusda olub ancaq tapşırıq əsasında Yevlaxda yerə düşürdülərək evinə qaytarılıb.

Adı işdə özləri Bakı şəhərində olan çoxlu sayda işçilər var ki, aylıq müdir Müfiq Məmmədova haqq verirlər.Həttda staj xatirinə adı işdə maaş kartları Müşfiq Məmmədovun cibində olan işçilərdə çoxdur".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Oxunub: 436

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər